xitin
xitonlar
OBASTAN VİKİ
Xiton
Xiton (qədim yunan dilində: χιτών) - qədim Yunanıstanda kişilərin və qadınların istifadə etdikləri geyim. Adətən kətandan və ya yundan, daha sonralar pambıqdan və bəzən ipəkdən hazırlanırdı. Xiton müxtəlif ölçülü parçalardan ibarət idi. Xiton bədənin ətrafına sarılır, heç bir qayçı və ya iynədən istifadə olunmurdu. Qədim Yunanıstanda xiton bir-birindən fərqlənən iki formada:dorik və ionik üslubunda hazırlanırdı. Dorik üslubunda xiton yun parçadan hazırlanırdı, sadə və qolsuz olurdu. Bədənin sol tərəfindən qatlanır və sağ çiyin üzərində bağlanırdı. Xiton elə bir şəkildə geyilirdi ki, bir tərəfində bir qat var idi, digər tərəfi açıq qalırdı. Qədim Yunanıstanda qadınlar da xiton geyirdilər. Ancaq qadınlar həmişə onları ayaq biləyinə qədər geyirdilər.
Zirehli molluskalar və ya xitonlar