xlamidomonada 2021

xlamidomonada
xlamidobakteriya 2021
xlor
OBASTAN VİKİ
Xlamidomonada
Chlamydomonas (lat. Chlamydomonas) — chlamydomonadales dəstəsinin chlamydomonadaceae fəsiləsinə aid bitki cinsi. İkihüceyrəli qamçılılardandır. Xlamidomonada protistalar aləmindədir və bir koloniya deyil. Amma çox hüceyrəliliyin işləməsində əhəmiyyətli bir tək hüceyrəli olaraq vəzifə alır. Çünki Xlamidomonada, volvoksa olduqca oxşayır və çox hüceyrəliliyə atılan ilk addım hesab olunmaqdadır. Xlamidomonada qamçılı bir protista olmasına baxmayaraq, bu qamçısı davamlı deyil. Bölünmə əsnasında, ətrafdakı kimyəvi maddələri istifadə edərək qamçıları sintez edəcək fermentlər ifraz edir və beləcə normalda passiv olaraq hərəkət edə bilən Xlamidomonada aktiv hərəkət edə bilən hala gəlir. Xlamidomonada 4 bölünməyə qədər fərqli fərdlər olaraq davranmır, yəni bölünmə sonrasındakı 16 hüceyrə bir-birinə yapışıq halda qalır. Lakin daha sonra bu strukturlar bir-birlərindən ayrılır və tək hüceyrələr olaraq həyatlarına davam edirlər.