xorvatlar

xorvatlar
xorvatca
xoryat
OBASTAN VİKİ
Xorvatlar
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Serbiyada xorvatlar
Serbiyada xorvatlar (serb-xorv. Hrvati u Srbiji, serb-kiril. Хрвати у Србији) — Serbiya ərazisində yaşayan etnik azlıq. Milli azlıq statusunu 2002-ci ildə almışlar. Serbiyada 2011-ci il siyahıya alınmasına görə 57 900 xorvat yaşayır. Bunun 54 785 nəfəri Voevodina və Belqradda cəmləşmişdir. Serbiyalı xorvatların sayı 1960-cı illərin əvvəlində sürətlə artırdı. Bu təbii artımla əlaqədar olmuşdur. Sonradan isə təbii artımın azalması, miqrasiya və etnik mənsubiyyət dəyişdirilməsi nəticəsində saylarında azalma baş verir. Yuqoslaviyada 1948-ci il siyahıya alınmasına görə Serbiya ərazisində 169 864, 1991-ci il siyahıya alınmasına görə isə 105 406 milliyətcə xorvat olan əhali yaşayırdı.
Bosniya və Herseqovinada xorvatlar
Bosniya və Herseqovinada xorvatlar - ölkə ərazisində dövlətin üç əsas xalqından birini təşkil edir. Bosniya və Herseqovina ərazisində xorvatların dəqiq sayı İkinci Dünya müharibəsindən sonra məlum deyildir. Yuqoslaviya ərazisində müharibə, XX əsrin 90-cı illərində etnik təmizləmə nəticəsindı Bosniya və Herseqovina ərazisində xorvatların sayı azalmışdır. Hazırda Bosniya və Herseqovina ərazisində 600 000 xorvat yaşayır. Rəsmi məlumata görə Bosniya və Herseqovina əhalisinin 14,3 % xorvatlardır. == Tarixi == Müasir bosniya ərazisində xorvatlar VII əsrdə peyda olmuşlar. Bosniya və Xorvatiya ərazisində Pannoniya və Dalmasiya knyazlıqları peyda olmuşdur. 925-ci ildə xorvat kralı I Tomislav onları vahid bir krallıqda birləşdirmişdir. 1102-ci ildə isə Xorvatiya Macarıstanla birlışir. Burada iki krallıq bir hökmdar tərəfindən idarə edilirdi.
Slovenlər, Xorvatlar və Serblər dövləti
Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu. 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı. Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi. Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar. Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu.
Slovakiya xorvatları
Slovakiya xorvatları (xorv. Hrvati u Slovačkoj, slovak. Chorváti na Slovensku) — Slovakiyada yaşayan milli azlıq. 2001-ci il siyahıyaalınmasına görə ölkədə 850 nəfər xorvat yaşayır (Slovakiyada yaşayan xorvat icmasının təxminən 3500 üzvü vardır). Xorvat azlığı Slovakiya Milli Azlıqlar Şurasının üzvüdür. Xorvatlar əsasən Bratislava diyarında yaşayırlar. Xorvatlar Osmanlı ilə müharibə başlayandan sonra Slovakiyaya köçürlər. Miqrasiya əsas 1530-1570-ci illərdə baş verir. Miqrasiyanın başlanğıcı Mohaç döyüşü idi. Torpaqlarını tərk edən xorvatların çoxu Sisak, Kostainitsa, Krijevtsey, Slunya və Slavoniyadan idi.