xromatik
xromatizm 2021
OBASTAN VİKİ
Xromatin
Xromatin — Xromatin, eukariotik hüceyrələrdə olan bir DNT, protein və RNT kompleksidir. Əsas funksiyası uzun DNT molekullarını daha kompakt, daha sıx strukturlara qablaşdırmaqdır. Bu, tellərin dolaşmasına mane olur və hüceyrə bölünməsi zamanı DNT-nin möhkəmləndirilməsində, DNT zədələnməsinin qarşısının alınmasında və gen köçrülməsinin və DNT replikasiyasının tənzimlənməsində mühüm rol oynayır. Mitoz və meyoz zamanı xromatin anafazda xromosomların düzgün quruluşunu asanlaşdırır; bu mərhələdə görünən xromosomların xarakterik formaları, DNT-nin yüksək qatılaşdırılmış xromatinə bükülməsinin nəticəsidir. Xromatinin əsas protein komponentləri, DNT-yə bağlanan və iplərin sarıldığı "lövbər" kimi fəaliyyət göstərən histonlardır. Ümumiyyətlə, xromatin təşkilatının üç səviyyəsi vardır: DNT histon zülallarını əhatə edir, nükleosomlar və meydana gətirir (xromatin). Birdən çox histon, ən kompakt formada (heteroxromatin) nükleosom massivlərindən ibarət olan 30 nanometrlik bir lifə bükülür. 30 nm lifin daha yüksək səviyyəli DNT-nin üst-üstə sarılması metafaz xromosomunu (mitoz və mayoz zamanı) əmələ gətirir.Lakin bir çox orqanizm bu təşkilati qanunauyğunluqları izləmir. Məsələn, quşların sperma və eritrositlərində əksər eukarotik hüceyrələrə nisbətən daha sıx dolu xromatin var və tripanosomatoid protozoa xromatinlərini görünən xromosomlara ümumiyyətlə qatışdırmır. Prokarotik hüceyrələr DNT-lərini təşkil etmək üçün tamamilə fərqli strukturlara malikdirlər (prokarotik xromosomun ekvivalenti genofor adlanır və nükleoid bölgəsində yerləşir).
Cinsi xromatin
== Barr cisimciyi == Kişi və Qadın hüceyrələrində autosomların sayının bərabər olması ilə yanaşı X-xromosomlarının miqdarında fərq vardır. Nəzəri olaraq, qadınlarda X-ilişikli genlərin hamısı ikiqat dozada olduğu üçün qadının somatik hüceyrələrində bu geblər iki dəfə çox məhsul sintez etməlidir. Lakin artıq məlumdur ki, kariotipə X-xromosomunun əlavə olunması müxtəlif patalogiyalara səbəb olur . Kariotipdə X-xromosomunlarının sayı artdıqca onun klinik təzahürü daha ağır olur . Deməli, belə bir nəticəyə gəlmək olat ki, hətta X-xromosomların normal (XX) ikiqat dozasında belə X-ilişikli genlərin ikiqat ekspressiyası baş vermir. Başqa sözlə, X-ilişikli genlərin ekspressiyasının özünəməxsus xüsusiyyətləri vardır və bu genlərin dozasının kompensasiya olunması tam fərqli mexanizmklə baş verir.1949-cu ildə Murrey L.Barr və Evart Bertram pişiyun interfazada olan sinir hüceyrələrini elektrik cərəyanı ilə qıcıqlandırdıqdan sonra tədqiq edərkən dişi pişiyin sinir hüceyrələrində tünd rənglənən xromatin cisimciklər aşkar etdilər. Erkək pişiyin hüceyrələrində isə buna rast gəlinmir. Deməli, dişi pişiklərdə elektrik qıcıqlandırıcılarınınq təsiri altında sinir hüceyrələrinin nüvə pərdəsi altında xromatin yığımlar əmələ gəlir. Sonrakı mərhələdə qıcığın təsiri kəsilərsəq, hüceyrənin funksional vəziyyətindən asılı olaraq xromatin yığmları yerini dəyişə bilər, ya da hem görünməyə bilər. Xromatin yığımların dişi pişiklərin hüceyrələrində nüvş pərdəsi altında çox toplanması, erkəkkərdə isə nadir hallarda rast gəlinməsi bunun bilavasitə cinsiyyətlə bağlı olduğunu göstərir.
выдрю́чиваться госуда́рыня кварци́т лопатоно́гие повста́ние прока́зливость эмпи́рик изо́гнутый ла́сточка нену́жно письмо́вник растюко́вываться релье́фно сопрома́тский спе́шность стоять ко́стью в горле фешенебельный behalf coiner shaving cream uncouple unit banking гомонить перефразировать прясть