XUZ

горб
XUTUZ
XUZLU
OBASTAN VİKİ
Atner Xuzanqay
Atner Petroviç Xuzanqay (doğ. 8 oktyabr 1948)—çuvaş filoloqu, ədəbiyyat tənqidçisi, publisist, çuvaş milli hərəkatının nümayəndəsi. == Həyatı == Çuvaşıstanın Xalq şairi Pyotr Xuzanqay və SSRİ Xalq artisti Vera Kuzminanın ailəsində anadan olub. Sankt-Peterburq Dövlət Universitetini bitirib.
Ağacəri (Xuzistan)
Ağacəri (fars. آغاجاری‎) — İranın Xuzistan ostanının Behbəhan şəhristanının Ağacəri bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,152 nəfər və 2,943 ailədən ibarət idi. Bu şəhər İranın neftlə zəngin olan regionlarındandır. Ağacərinin adı Türk ellərindən olan Ağacəri elinin adından alınıb ki behbəhanın ətrafında sakindir. Bu şəhərin əsli və yerli əhalisi Ağacəri elindəndir ki, neftə görə ərəblər, lurlar və fars dillilər də bu şəhərə köçüblər.
Deh-i Novruz (Xuzistan)
Deh-i Novruz (fars. ده نوروز‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Fəzli İsfahani Xuzani
Fəzli İsfahani Xuzani (fars. فضلی اصفهانی خوزانی‎; 1592 – XVII əsr) — İran zadəganı, tarixçisi. O, Səfəvi xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindustanda moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.
Gəzin (Xuzistan)
Gəzin (fars. گزین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəzin kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 500 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 165 nəfəri kişilər və 160 nəfəri qadınlar olmaqla cəmi 325 nəfərdir.
Ləşgərgah (Xuzistan)
Ləşgərgah — İranın Xuzistan ostanında şəhər.
Pyotr Xuzanqay
Pyotr Petroviç Xuzanqay (çuvaş Петӗр (Пётр Петрович) Хусанкай, 22 yanvar 1907-ci il, Sikterme kəndi, Kazan quberniyası (Tatarıstanın hazırkı Əlki rayonu) — 4 mart 1970-ci il, Çeboksarı) — Çuvaş, SSRİ şairi, Çuvaşıstanın xalq şairi (1950). == Həyatı == Pyotr Xuzanqay 1907-ci ildə sadə kəndli ailəsində anadan olmuşdur. İkinci dərəcəli kənd məktəbini bitirmişdir. Ardınca Xuzanqay Çuvaşıstan Pedaqoji Kollecində və Kazandakı Şərq Pedaqoji İnstitutunda təhsil almışdır. 1957-ci ildə o, SSRİ Yazıçılar İttifaqı Ali Ədəbiyyat Kurslarını bitirmişdir. Xuzanqay "Suntal" jurnalının redaktor katibi, tərcüməçi və ədəbi məsləhətçi, mərkəzi Çuvaş qəzeti "Kommunar"ın (Moskva) səyyar müxbiri vəzifələrində çalışmışdır. Pyotr Xuzanqay yaradıcılığını geniş ictimai və dövlət fəaliyyətləri ilə birləşdirirdi. RSFSR Ali Sovetinin, Çuvaşıstan ASSR Ali Sovetinin deputatı olmuşdur. Xuzanqay Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyi idarə heyətinin sədri vəzifəsində çalışıb. O, RSFSR və SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü idi.
Səfiabad (Xuzistan)
Səfiabad— İranın Xuzistan ostanının Dezful şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,054 nəfər və 1,893 ailədən ibarət idi.
Səfəvi Xuzistanı
Səfəvi Xuzistanı və ya Xuzistan vilayəti — Səfəvi imperiyasının cənub-qərbində yerləşən və müasir Xuzistan ostanı ilə ərazi baxımından üst-üstə düşən inzibati vahidlərindən biri. == Adı == Bölgənin qədim adı "Xuz torpağı" mənasına gələn Xuzistan sözüdür. Bu söz bölgədə eradan əvvəl III minillikdən məskunlaşan və eradan əvvək 539-cu ildə əhəmənilərin gəlişinə qədər mövcud olmuş qədim Elam dövlətindən gəlmişdir. Səfəvi imperiyasının Osmanlı imperiyasının təsirini azaltmaq üçün şiə ərəb tayfalarını bölgəyə dəvət etməsindən sonra regionun qərb hissəsi Ərəbistan olaraq bilinməyə başladı. İranşünas Rudi Mattheyə görə, Şah I Abbasın (1587-1629) hakimiyyəti dövründə ad dəyişikliyi baş vermişdir. Digər vilayət adları olan Kürdistan, Luristan kimi Ərəbistan sözü də milli mənaya malik deyildi. Bir qədər sonra bütün Xuzistan vilayəti Ərəbistan olaraq bilinməyə başladı. Bu dəyişikliyin nə zaman baş verdiyi bəlli deyildi. Rudi Mattheeyə görə, ilk dəfə Əfşarlı hökmdarı Nadir şahın (1736-1747) hakimiyyəti dövründə bu baş vermişdir. İranşünas Hüşəng Çehabi bunun XVIII əsrin ikinci yarısında baş verdiyini bildirir.
Sərdəşt (Xuzistan)
Sərdəşt— İranın Xuzistan ostanının Behbahan şəhristanının Zeydun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,972 nəfər və 1,074 ailədən ibarət idi.
Veys (Xuzistan)
Veys — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,024 nəfər və 2,478 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Xuzdar
Xuzdar — Pakistanın Bəlucistan əyalətində şəhər. Şəhər Pakistanın ən böyük 45-ci şəhəridir. 1952-ci ilin oktyabr ayından 1955-ci ilədək Bəlucistan Ştatının paytaxtı, 1955-ci ildə isə Bəlucistanın inzibati mərkəzi olub. Brahui dilinin ən çox yayıldığı şəhərdir.
Xuzdar rayonu
Xuzdar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon. İnzibati-mərkəzi Xuzdar şəhəridir. Əsası 1974-cü ildə qoyulub.
Xuzhou zəncirlənmiş qadın hadisəsi
Xuzistan
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Xuzistan (ostan)
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Xuzistan ostani
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Xuzistan ostanı
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
İbn Xuzeymə
Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə (1 yanvar 838, Nişapur – 11 fevral 924) — İslam alimi. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə 837-ci ildə Xorasanın Nişapur şəhərində anadan olmuşdur. "İmamu'l-əimmə" (imamların imamı) ləqəbli Məhəmməd ibn İshaq ibn Xuzeymə Nişaburi şafii məzhəbinə etiqad bəsləyirdi. İraq hədisçilərinin şeyxi sayılırdı. İbn Xuzeymənin 140-dan artıq kitab yazdığı rəvayət edilir. Onun ən məşhur əsəri 3000-dən artıq hədisi ehtiva edən və bablar (fəsillər) üzrə bölünmüş "Səhih" kitabıdır. İbn Xuzeymə 923-cü ildə vəfat edib.

Значение слова в других словарях