Xərçəngkimilər
Xərçəngkimilər (lat. Crustacea) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan yarımtipi.
Qəlsəməayaqlı xərçənkkimilər, sefalokaridlər, Çənəayaqlılar, çanaqlı xərçənglər, ali xərçənglər, daraqayaqlılar sinifləri var. 20 minədək növü var. Azərbaycan sularında xərçəngkimilərin 43 fəsiləyə mənsub 134 cinsi və 344 növü məlumdur. Bədəni 1 mm-dən 80 sm-dək uzunluğunda olur. Baş, döş və qarıncıqdan ibarətdir. Xitin kutikula ilə örtülüdür. Başında 2 cüt bığcığı, üst çənələri (üyüdücü çənələr) və 2 cüt alt çənəsi (maksillalar) var. Bığçıqlar hiss orqanı, bəzən də hərəkət orqanlarıdır.