xəşəmbül

xəşəmbül
xəşəm
xəşənək 2021
OBASTAN VİKİ
Xəşəmbül
Xəşəmbül bitkisi — Paxlalılar – Fadaceae fəsiləsindəndir. Dünya florasında xəşəmbül cinsinin 20-yə qədər növü yayılmışdır. Azərbaycanda isə yabanı halda 7 növünə təsadüf olunur. Xəşəmbül cinsinə daxil olan növlərin əksəriyyəti Qərbi Avropa, Kiçik və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Bundan başqa bitkinin bir neçə növünə Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərq ərazilərində, Orta Asiyada, Qafqazda, o cümlədən Azərbaycanda rast gəlmək olar. Xəşəmbül növlərinin əksəriyyəti dərman, ədviyyat, yem, boyaq və nectar təbiətli bitkiləridir. Xalq təsərrüfatının müxtəlif sahələrində isə ən çox I növündən sarı Xəşəmbüldən – Melilotus officinalis-dən istifadə edilir. Sarı Xəşəmbül ikiillik ot bitkisidir. Kökü budaqlanan saçaqlı olub, dikduran, qol – budaqlı, 100 – 150 sm hündürlükdə olangövdəyə malikdir. Uzun saplaqlı növbəli xırda mürəkkəb üçqat bizvari – itiləşmiş yarpaqları var.

Значение слова в других словарях