Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyaq ulaxqanqalı
Boyaq ulaxqanqalı (lat. Carthamus tinctorius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Calcitrapa tinctoria (L.) Röhl. Carduus tinctorius (L.) Falk Centaurea carthamus E.H.L.Krause === Heterotipik sinonimləri === Carthamus glaber Burm.f. Carthamus tinctorius var. spinosus Kitam.
Tüklü ulaxqanqalı
Ulaxan-Arı
Ulaxan-Arı (saxa dilindən tərcümədə "Böyük ada" mənasını verir) — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Qonşu adalar: şərqdə — Kyersese-Arıta, qərbdə — Oçuqquy-Arı və Oqonnyor-Arıta, şimalda — Ot-Arı və Boldyor-Arıta. Ən hündür nöqtədi 4 metrdir. Şimalında isə 3 metrlik yüksəklik vardır. Adada elədə böyük olmayan Ulaxan-Arı-Kyuele gölü vardır.
Ulaxan-Arı-Kyuele
Ulaxan-Arı-Kyuele — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan Ulaxan-Arı adasında yerləşən ən böyük göl. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ulaxan-Arı Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Gölün maksimal dərinliyi 4 metri keçmir.
Ulaxqanqalı
Ulaxqanqalı (lat. Carthamus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13–14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI–XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Ular
Ular (lat. Tetraogallus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. == Növləri == Altay uları (Tetraogallus altaicus) — Altay dağları, Sayanlar; Himalay uları (Tetraogallus himalayensis) — Tyan-Şan, Pamir-Altay, Hindukuş, Kunkun, Himalay dağlarının qərb tərəfi; Qafqaz uları (Tetraogallus caucasicus) — Böyük Qafqaz; Xəzər uları (Tetraogallus caspius) — Tavr dağları və Pont dağları, Elbrus, Kopetdağ, Zaqros; Tibet uları (Tetraogallus tibetanus) — Pamirin şərqi, Himalay dağları, Sino-Tibet dağları, Kunlun.
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Uylax
Ulex
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Nils Ulaf
Ser Nils Olaf (norv. Nils Olav) — Şotlandiyanın Edinburq zooparkında yaşayan Kral pinqvini. Nilf Olaf Norveç Kral qvardiyasının fəxri komandiri və talismanı, fəxri polkovnik, 2008-ci ildən cəngavər. 2016-cı ildən briqada generalı. == Hərbi karyerası == 1961-ci ildə Norveç Kral qvardiyası Edinburq parad hərbi orkestrini ziyarət edir. Leytenant Nils Eqelien (norv. Nils Egelien) Edinburq zooparkında olan pinqvinlərlə maraqlanır. 1972-ci ildə qvardiyaçılar leytinantın rəhbərliyi ilə yenidən Edinburqa qayıdırlar. Bu zamam pinqvinlərdən biri «oğulluğa» götürülür. Pinqvini Nils Olaf adlandırılır (Nils — Nils Eqelien və Olaf — Norveç kralı V Olaf).
Svetlana Bulax
Svetlana Mixaylovna Bulax (28 may 1950, Donetsk) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Bulax Svetlana Mixaylovna 28 may 1950-ci ildə Donetsk vilayətində anadan olmuşdur. 1969-cu ildə Kiyev Dövlət Musiqili Komediya teatrının nəzdində Teatr kadrlarının hazırlanması üzrə teatr studiyasına qəbul olunub və 1971-ci ildə Operetta aktrisası peşəsinə yiyələnərək bitirb. 1971-1973-cü illərdə Şevçenko adına Kirovoroj Rus Dövlət Musiqili Dram Teatrında işləyərkən "Koroleva Çardaşa"da Stazi, "Maritsa"da Lizoçka, "Moskovkiye kanikulı"da Katya, "Volnıy veter"də Pepitta, "Noçnoy neznakomets"də Tanya, "Vse naçinaetsya s lyubvi"də Lena, "Proşalnıy ujin"də Valentina, "Ne bespokoysa, mama"da Mziya, "Doktor Aybolit"də Çi-çi, "Jivaya muzıka"da Dovşan kimi rolları ifa etmişdir. 1982-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə gəlmiş, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində "Filumena Marturano"da Diana, "Pominalnaya molitva"da Qolda, "Qırmızı papaq"da tülkü, "Düyməcik"də qurbağa, "Odnajdı v Baqdade"də Afət, "Perekrostok"da Dodo, "Sıqan premyer"də qrafinya İrini, "Silva"da Yulianna, "Maritsa"da Bojena, "Vesyolaya vdova"da Militsa, "Arşın mal alan"da Telli, "İki küpə girən qarı"da küpə girən qarı, "Nu volk poqodi"də donuzları kimi rolları ifa etmişdir. Bundan başqa uşaq tamaşalarına rejissorluq etmişdir. Bunlardan "İki küpə girən qarı", "Qızıl cücə" və "Nu volk poqodi"(ikinci rejissor) tamaşalarıdır. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ulad-Hədac
Ulad-Hədac (ərəb. أولاد هداج‎, fr. Ouled Hedadj) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir, 10 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 31 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 18 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 30 573 nəfər idi.
Ulad-Musa
Ulad-Musa (ərəb. أولاد موسى‎, fr. Ouled Moussa) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 117 metr yüksəklikdə yerləşir, sahəsi 29 km2-dir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 38 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 45,770 nəfər idi.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.
Ulad-Yəiş
Ulad-Yəiş (ərəb. أولاد يعيش‎) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir. Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir. == Tarixi == Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi.
Ulaf Palme
Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar1927-ci il, Stokholm — 28 fevral 1986-cı il, Stokholm) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabırdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-ci il 28 fevrala qədər). == Sosial və Siyasi Bioqrafiya == Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963-1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969).
Ulak adası
Ulak adası ( aleutca : Yuulax̂ ) — Andreanof adalarında , xüsusən Aleut adalarında ( Alyaska ) Delarof adalarının ən qərb yarımqrupunda yaşayan kimsəsiz adadır . Ada Amatignak adasından 6 km şimal-qərbdə yerləşir . Ulak nisbətən dayaz suda yerləşir və sörf çox vaxt o qədər ağır olur ki, adaya qayıqların hərəkəti mümkün deyil. İqlim şimal enliklərində dənizə xasdır , sərin temperatur, güclü küləklər, çoxlu duman və yağış, tez-tez güclü tufanlar olur. Dəniz səviyyəsində orta sutkalıq temperatur yayda 8,8 °C , illik orta hesabla 4,8 °C-dir. İllik yağıntı 166 sm-dir. Dəniz səviyyəsində qar nadir hallarda ildə 0,5 m-dən çox olur. Permafrost torpaqları yoxdur . Bitki örtüyü dəniz və alp tundrası üçün səciyyəvidir və əsasən çəmənlər , çəmənlər , torf mamırları , likenlər və müxtəlif ot bitkilərindən ibarətdir . Ağaclar və kollar yoxdur.
Ulan-Bator
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. == Tarixi == Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. == Coğrafiyası == Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Ulan-Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan Bator
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. == Tarixi == Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. == Coğrafiyası == Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Ulan Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
İrina Vlax
İrina Fyodorovna Vlax (d. 26 fevral 1974-cü il, Komrat, Qaqauziya, Moldaviya SSR, SSRİ) — Moldova siyasətçisi, 2005-ci ildən Moldova parlamentinin deputatı. 23 mart 2015-ci ildən Qaqauziyanın seçilmiş başçısı.
Ulex europaeus
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Ula, Muğla
Ula Muğla ili'nin 13 ilçesinden birisi və ilçenin rəhbərlik mərkəzi olan şəhər.
Ula (Muğla)
Ula Muğla ili'nin 13 ilçesinden birisi və ilçenin rəhbərlik mərkəzi olan şəhər.
Ulad-Aysa (Adrar)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎)) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Şərüin dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal-qərb vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 855 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 344 metrdir.Uled-Aysa kommunasının sahəsi 4030 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 20 mm-dir). Orta illik temperatur 23,8-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,4°C, ən isti ayda (iyulda) 36,3°C-dir.
Ulad-Aysa (Bumerdes)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎, fr. Ouled Aïssa) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 355 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 79 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 7685 nəfər idi.
Ulan-Sutqalan şəlaləsi
Ulan-Sutqalan (monq. Улаан-Цутгалан) — Monqolustanda şəlalə. Orxon çayının sağ qolu olan Ulan çayı üzərində yerləşir. Hündürlüyü 24 metrdir. == Ümumi məlumat == Şəlalə Xanqay yaylasında, Xarxorin şəhərinin 54 km-də, Xujirt qəsəbəsi yaxınlığında yerləşir. Şəlalə ölkənin əsas görməli yerlərindən biri hesab olunur. Yerli əhalinin dilində "Qırmızı axım" deməkdir. Bəzi mənbələrdə şəlaləni Orxon adlandırırlar. Məhs o ölkənin ən böyük çayı olan Orxonun qolu üzərində formalaşıb. Xanqay yaylasında formalaşan Ulan çayı yuxarı axarlarda dar və dərin kanyona bənzər dərələrlə axır.