yürüş-mitinq

yürüş-mitinq
yürüş
yürüş-mitinqçi
OBASTAN VİKİ
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
Hvarda dini yürüş
Hvarda dini yürüş—(xorv. Za križen) Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı. Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından (8 saat ərzində 25 kilometr qət etmək) həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfindən musiqili dialoq formasında ifası təşkil edir.. == Haqqında == Bu tədbirə hər il axşam saatlarında 6 kilsədən — Vrban, Vrboska, Jelsa, Pitve, Vrisnik və Svirçe kilsələrindən eyni zamanda 6 yürüşlə start verilir. Hər bir yürüş böyük bir dairə üzrə hərəkət edir ki, təyinat nöqtəsinə səhər saat 7-də çata bilsin. Hər bir yürüşü xaçı daşıyan xaçlılar aparır. Xaçlının rolu adadan böyük şərəfə malikdir, bu səbəbdən də bu xaçlıları 20 ildən artıq bir müddətdə müəyyən edilirlər.
İş və azadlıq uğrunda Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)