Yığımlı (toplanan faizli, yığılan faizli) istiqraz

Accrual bond Faiz gəliri hesablanan, lakin əsas məbləğinin ödənilmə tarixinə kimi ödə nilməyən istiqraz. Bu istiqraz üzrə hesablanmış faiz gəlirləri onun əsas məbləğinin üzərinə toplanır və ödəmə tarixində investora ödənilir. Belə istiqrazlar sıfır kuponlu istiqrazlara oxşardır, lakin onlardan fərqli olaraq kupon dərəcəsinə malikdir.
Yığım (ödəmə) fondu
Yuxardan aşağıya
OBASTAN VİKİ
Faizli svop
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
Xarici istiqraz
İkivalyutalı istiqraz