yaşlılıq
yaşmaq
OBASTAN VİKİ
Yaşma
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.
Yaşma (dəqiqləşdirmə)
Yaşma — Azərbaycanın Xızı rayonunda kənd. Yeni Yaşma — Azərbaycanın Xızı rayonunda kənd.
Yaşma adası
Yaşma adası — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Düzənlik relyefə malikdir. Giləzi Dili burnunda bir qədər aralıda yerləşir. Sahəsi dənizin qalxıb-enməsi ilə əlaqədar dəyişir. Bəzən hətta materikə birləşərək yarımadaya çevrilir. İnzibati cəhətdən Xızı rayonu ərazisinə daxildir. Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Adada çoxlu sayda dəniz quşlarını görmək olur.
Yaşma bağları
Yaşma bağları — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
Yeni Yaşma
Yeni Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun faktiki mövcud olan Yeni Yaşma kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla, Yeni Yaşma kənd Soveti yaradılmışdır. Kənd 1988-1989-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr üçün salınmışdır. Yaşma yaşayış məntəqəsi yaxınlığında salındığı üçün onun adı ilə adlandırılmışdır. Yerli əhalinin arasında Yaşma sözünün mənasını fərqli yorumlayırlar. Bəzi rəvayətlərə görə, sözün kökü "eşmə" sözündəndir. Bu inzibati ərazi vahidində güclü külək olduğu üçün ad da oradan qalıb. Əhalinin dilindən rus dilinə keçən söz, zamanla dəyişikliyə uğrayaraq Eşmə-Yeşmə-Yaşma formasına kimi gəlmişdir. Kənd Xəzər dənizi sahilində yerləşir.
Yeni Yaşma KES
Yeni Yaşma KES — Azərbaycan Respublikasının Xızı rayonunun Yeni Yaşma kəndi ərazisindəki külək elektrik stansiyası. Stansiyanın tikintisi 2014-cü ildə başa çatmış, müvafiq Dövlət Komissiyası çərçivəsində yoxlama işləri aparılmışdır. 50 MVt gücündə olan külək stansiyası "Azərenerji" ASC-nin şəbəkəsinə qoşulmuşdur.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.