Yakutiya

coğ. Yakoutie f

yak
Yakutsk
OBASTAN VİKİ
Yakutiya
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Mirnı (Yakutiya)
Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır. Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi. Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.
Yakutiya Aviaşirkəti
"Yakutiya Avia Şirkəti" — rus aviaşirkəti, əsasən "Yakutsk" Beynəlxalq Hava Limanında mərkəzləşmiş şirkət olaraq Yakutiyanın bütün hava limanları və Rusiya Federasiyasının Beynəlxalq Hava Limanlarına uçuşlar həyata keçirir. Aviaşirkət hətta beynəlxalq retsləri belə mövcuddur. İrkutsk və Yakutskdan Çin ilə Cənubi Koreyaya uçuşlar həyata keçirilir. Avropaya Moskvadan çarter uçuşları təşkil olunur. Saxa inzibati-ərazi baxımından ən iri bölgələrindən biridir. Mülki aviasiya muxtariyyətin mədəni və iqtisadi baxımından inkişafına böyük təsir. 2002-ci ildə Saxa Respublikasının göstərişi ilə "SaxaAvia" və "Yakutiya hava xətti" aviaşirkətinin bazasında "Yakutiya" Avia Şirkəti qurulur. Günümüzdə isə aviaşirkət Yakutiyanın bütün hava limanlarına, MDB və Cənub-Şərqi Asiya ölkələrinə reyslər təşkil edir. Şirkətin mərkəzi ofisi Yakutskda yerləşir. Üstəlik Moskva və Krasnodarda bazaları vardır.
Sinniqes-Arı (Yakutiya)
Sinniqes-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimaldan cənubə doğru uzanır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Istakan-Arıta adası yerləşir.
Yakutiya Muxtar Sovet Sosialist Respublikası
Yakutiya Muxtar Sovet Sosialist Respublikası (Yakutiya MSSR, YMSSR, saxa Саха автономнай сэбиэскэй социалистическэй республиката, saxa Саха АССР) — RSFSR tərkibində muxtar respublika. 1922-ci il aprelin 27-də təşkil olunmuşdur. 1922–1992-ci illərdə mövcud olmuşdur. Sahəsi 3103,2 min km², əhalisi 842 min nəfər olmuşdur (1978). 32 rayon, 10 şəhəri, 59 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Yakutsk şəhəri olmuşdur. Lena, Anabar, Olenok, Yana, İndigirka çaylarının hövzəsində, şimalda Laptevlər və Şərqi Sibir dənizi, Yeni Sibir adalarının sahillərində yerləşirdi. Muxtar respublikanın ərazisinin 40% -dən çoxu Şimal Qütb dairəsi daxilində yerləşirdi. Yakutiya Muxtar Sovet Sosialist Respublikası 27 aprel 1922-ci ildə Yakutsk vilayətinə daxil olan Aşağı Tunquska istisna olmaqla (İrkutsk vilayətinin Kirenski qəzasının tərkibinə daxil olmuşdur) bütün vilayət ərazisini, Yenisey vilayətinin Xatanqq-Anabar rayponu, İrkutsk vilayətinin Kirenski rayonunun Olenok-Suntarski volostu və 84 ° ilə 140½ ° şərq uzunluğu meridianları arasında yerləşən Şimal Buzlu okeanının bütün adaları daxil idi. Respublika RSFSR-in bir hissəsi olaraq meydana gəlmişdi. Yakutiya Muxtar Respublikasının yaranmasında əsas rolu Maksim Ammosov, Plato Oyunski və İsid Baraxov mühüm oynadılar.
Yakutiyada faydalı qazıntılar
Yakutiyada faydalı qazıntılar — Yakutiya Respublikası (Saxa) faydalı qazıntıların çeşidi, miqdarı və keyfiyyəti baxımından bənzərsiz bir ərazidir. Burada 58 növ faydalı qazıntıların 1823 yatağı rəsmi qeydiyyata alınmışdır. Bunları ən əsası almaz (Rusiyanın ehtiyatlarının 82% -i), stibium (82%), uran (% 61) yataqlarıdır. Həmçinin Rusiyanın Şərqi Sibir və Uzaq Şərqdə tədqiq edilmiş kömür ehtiyatlarının 47%-i, təbii qaz və neftin 35%-i Yakutiyanın payına düşür. Bununla belə 16 mindən çox potensial faydalı qazıntı yatağı zəif tədqiq edilmiş olaraq qalır. Yakutiya stibiumunun əsas ehtiyatları Adıyça-Tarın filiz zonasında cəmlənmişdir. Rəsmi olaraq respublikada 7 stibium yatağı qeydiyyata alınmışdır və stibium da bəzi qızıl yataqlarının əlaqəli bir hissəsidir. Sarılax və Sentaçan yataqları filizin həcmi və konsentrasiyası baxımından unikaldır. Yakutiya bu elementin Rusiyada istehsalının 100% -ni təmin edir. Saxa almaz ehtiyatları Yakut almaz vilayətində cəmlənmişdir.