yalan
yalan-doğruluq
OBASTAN VİKİ
Yalan
Yalan — bilə-bilə (yaxud bilməyərəkdən) ifadə olunmuş məlum həqiqətə uyğun olmayan iddia. == Quran və hədislərdə yalan barədə == İslamda yalan böyük günahlardan hesab olunur.
Yalan elmlər
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. == Haqqında == Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
Yalan nöqtəsi
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. == Məzmun == Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? == Xarici keçidlər == "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır. Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir.Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb. == Mövzusu == Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir. Ata Ramsinin bu hərəkəti onun həm həyat yoldaşı, həm də oğlu ilə mübahisə yaşamasına səbəb olur.
Yalan (film, 2005)
Yalan — Qarabağ müharibəsinə həsr edilmiş film. == Məzmun == Filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunur. Filmin əsasını oğlunun müharibədə şəhid olması xəbərini ürək xəstəsi olan arvadına deməyən və yalan söyləyən Yavərin (Vidadi Həsənov) çəkdiyi mənəvi əzab və iztirablar təşkil edir. == Film haqqında == Filmin çəkilişlərinə Horadiz, Daşburun, Xudat stansiyalarının əməkdaşları, Horadiz, Xaçmaz, Qusar, Quba rayonlarının Nügədi, Amsar, Susay kəndlərinin sakinləri, kütləvi səhnələrdə Qarabağ döyüşləri veteranları köməklik göstərmişdir. Rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı "Yalan" filmi kino həvəskarlarına təqdim olunduqdan sonra onun yaradıcılıq işi ətrafında bəzi qərəzli fikirlər dolanmaqdadır. Bəzi kino işçiləri filmdə həm texniki qüsurlar, həm yaradıcı kəm-kəsirlərin olduğundan hələ də danışırlar. Bu fikirlərin artıq onun da qulağına çatdığını bildirən filmin rejissoru Ramiz Əzizbəyli "Yalan" haqqında deyilən və yazılanların qərəzli və sifariş xarakteri daşıdığını söylədi. Onu da dedi ki, qərəzli fikirlərin müəllifləri çəkiliş prosesində hansı əziyyətlərə, məhrumiyyətlərə qatlaşdığımızdan xəbərsizdirlər: "Bu filmin çəkilişlərinə bir il sərf etmişəm, amma indi filmi tənqid edənlərdən biri də gəlib çəkiliş prosesi ilə maraqlanmayıb. Filmə çəkilən aktyorlar ən dözülməz şərtlərdə işləməli olublar. Qulağıma çatıb ki, guya mən plagiatlıq edərək, "Əsgər atası" filmindən kadrlar oğurlamışam.
Yalan nöqtəsi (roman)
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. == Məzmun == Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? == Xarici keçidlər == "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
Yalan (film, 2006)
Yalan — Qarabağ müharibəsinə həsr edilmiş film. == Məzmun == Filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunur. Filmin əsasını oğlunun müharibədə şəhid olması xəbərini ürək xəstəsi olan arvadına deməyən və yalan söyləyən Yavərin (Vidadi Həsənov) çəkdiyi mənəvi əzab və iztirablar təşkil edir. == Film haqqında == Filmin çəkilişlərinə Horadiz, Daşburun, Xudat stansiyalarının əməkdaşları, Horadiz, Xaçmaz, Qusar, Quba rayonlarının Nügədi, Amsar, Susay kəndlərinin sakinləri, kütləvi səhnələrdə Qarabağ döyüşləri veteranları köməklik göstərmişdir. Rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı "Yalan" filmi kino həvəskarlarına təqdim olunduqdan sonra onun yaradıcılıq işi ətrafında bəzi qərəzli fikirlər dolanmaqdadır. Bəzi kino işçiləri filmdə həm texniki qüsurlar, həm yaradıcı kəm-kəsirlərin olduğundan hələ də danışırlar. Bu fikirlərin artıq onun da qulağına çatdığını bildirən filmin rejissoru Ramiz Əzizbəyli "Yalan" haqqında deyilən və yazılanların qərəzli və sifariş xarakteri daşıdığını söylədi. Onu da dedi ki, qərəzli fikirlərin müəllifləri çəkiliş prosesində hansı əziyyətlərə, məhrumiyyətlərə qatlaşdığımızdan xəbərsizdirlər: "Bu filmin çəkilişlərinə bir il sərf etmişəm, amma indi filmi tənqid edənlərdən biri də gəlib çəkiliş prosesi ilə maraqlanmayıb. Filmə çəkilən aktyorlar ən dözülməz şərtlərdə işləməli olublar. Qulağıma çatıb ki, guya mən plagiatlıq edərək, "Əsgər atası" filmindən kadrlar oğurlamışam.
Yalan illüziyası 2
Yalan illüziyası: İkinci akt — 2016 Amerikan sehrli oğurluq triller filmi. Rejissoru Con Çu, ssenaristi Ed Solomon olmuşdur. Rollarda Mark Ruffalo, Cessi Ayzenberq, Vudi Harrelson, Deyv Franko, Deniel Redklif, Lizzi Keplan, Cey Çu, Sana Lazan, Maykl Çeyn və Morqan Friman olmuşdur.
Doğru Yol Partiyası
Doğru Yol Partiyası (Azərbaycan) — Azərbaycanda 1992-ci ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (İsrail) — İsraildə 2008-ci ildə təsis edilmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə) Doğru Yol Partiyası (Türkiyə, 1983) — Türkiyədə Ahmet Nusret Tunca rəhbərliyində keçmiş Demokrat Partiya üzvləri tərəfindən qurulmuş və 2007-ci ildə Demokrat Partiyaya birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə, 2007) — Türkiyədə 2007-ci ildə Çetin Özaçıkgöz tərəfindən qurulmuş siyasi partiya.
Pambığa doğru (qəzet)
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet. == Tarixi == "Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir. Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi. Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Zirvəyə Doğru (1991)
== Məzmun == Filmdə sambo üzrə iki dəfə dünya çempionu Ceyhun Məmmədov haqqında danışılır.
Şərqə Doğru (1930)
== Məzmun == Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov === Filmdə iştirak edən === Lətif Səfərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Mənə yalan de (teleserial)
Mənə yalan de (ing. Lie to Me) — 21 yanvar 2009 tarixində Fox Broadcasting Company göstərilməyə başlanan ABŞ televiziya seriyası. Serialda Dr. Cal Lightman (Tim Roth) və həmkarları, bədən dili və mikro ifadələr vasitəsilə yerli və ya federal istintaqları dəstəkləməkdədirlər. == Sujet == Teen Wolf, Scott McCall (Tyler Posey) adında bir orta məktəb şagirdinin meşədə gəzərkən bir qurd adam tərəfindən dişlənilməsi nəticəsində yaşadıqlarını izah edən fövqəladə teleserialdır. Scott, bir qurd adam olduğu gerçəyini, həyatı və bədənindəki dəyişikliklər mövzusunda ona köməkçi olan ən yaxşı yoldaşı Stiles Stilinski (Dylan O'Brien) və bir digər sirli qurd adam Derek Hale (Tyler Hoechlin) xaricində hər kəsdən gizlədərək sıravi bir həyat sürməyə çalışır. Teleserial hal hazırda davam edir və efirdə 6-cı mövsüm gedir. 6.mövsüm serialın final mövsümü olduğu təsdiqləndi lakin yüksək bir kütləvi serialın uzadılmasını istədiyi üçün bu mövzu müzakirə olunacaq. Serialların tənqid saytı Metacritic'ten 100 üzərindən 61 bal alaraq gələn tənqidlərdən ümumiyyətlə müsbət cavab aldı. Serialın ilk nümayişi 2,18 milyon tamaşaçı əldə etdi.
Yalan illuziyası (film, 2013)
Yalan İllüziyası — Fransız rejissor Luiz Leterrier tərəfindən 2013-cü ildə çəkilmiş ABŞ filmidir. Film 21 may 2013-cü ildə təqdim edilmişdir. == Rollarda == Cessi Ayzenberq — J. Daniel Atlas, illüziyaçı və dörd atlının lideri. Mark Ruffalo — Dilan Rods, bank oğurluğunu araşdıran FTB agenti. Vudi Harrelson M erritt MakKinni, mentalist. Isla Fişer — Henli Rivs, eskapist. Deyv Frenko — Cek Uaylder, sürətli illüziyaçı. Mélanie Laurent — Alma Drey, bank oğurluğunu araşdıran İnterpol agenti. Morqan Friman — Thaddeus Bradley, sehrbazlar arasında sirrləri ortaya çıxararaq pul qazanan qoca sehrbaz. Maykl Keyn — Arthur Tressler, sığorta şirkəti müdiri və dörd atlının sponsoru.
Yalan illüziyası: İkinci akt
Yalan illüziyası: İkinci akt — 2016 Amerikan sehrli oğurluq triller filmi. Rejissoru Con Çu, ssenaristi Ed Solomon olmuşdur. Rollarda Mark Ruffalo, Cessi Ayzenberq, Vudi Harrelson, Deyv Franko, Deniel Redklif, Lizzi Keplan, Cey Çu, Sana Lazan, Maykl Çeyn və Morqan Friman olmuşdur.
Arzuya doğru (film, 1983)
Arzuya doğru qısametrajlı sənədli filmi rejissor Cahangir Zeynallı tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. == Məzmun == Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. Onlardan bəziləri dünya şöhrəti qazanmışdır.Mahir fırça ustası Tahir Salahov, SSRİ Elmlər Akademiyasınn Moskvadakı Fizika İnstitutunda çalışan R. Dağkəsəmənli və onlarca başqaları sənət və elm aləminə ilk addımlarını məhz buradakı dərnəklərdə atmışlar.
Doğru Yol Partiyası (Azərbaycan)
Doğru Yol Partiyası — Azərbaycanda 30 yanvar 1993-cü il tarixində Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci il tarixində Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir. Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci il tarixində təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir.15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci il tarixində Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir. Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə Tamerlan Qarayev Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir. Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü il tarixində keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.Bu adın Türkiyədə Süleyman Dəmirəlin sədrlik etdiyi Doğru Yol Partiyasından qaynaqlandığı iddia edilmişdir.
Fəlidən doğru xəbər (veriliş)
Fəlidən doğru xəbər — Elşən Orucovun aparıcılığı ilə Xəzər Televiziyasında yayımlanan əyləncə janrında olan verilişdir. Veriliş hər həftənin şənbə günü saat 23:00-da Xəzər Televiziyasında yayımlanır.
Vulkana doğru (film, 1977)
== Məzmun == Filmdə Bakı neftçilərinin həyat və məişətindən, onların neft uğrunda gərgin mübarizəsindən danışılır. == Film haqqında == Film yazıçı Mehdi Hüseynin "Abşeron" romanı əsasında ekranlaşdırılmışdır. 1-ci seriya "Ataların torpağı", 2-ci seriya "Rəqiblər" (1976), 3-cü seriya "Geriyə dönüş" (1977) adlanır. Film Azərbaycan kinosu tarixində ilk 3 seriyalı filmdir və ilk serialdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmin çəkilişlərinə 1976-cı ildən başlanılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Mehdi Hüseyn Ssenari müəllifi: Çingiz Ələkbərov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Marat İsgəndərov, Vladimir Savin, Şamil Kərimov Rejissor assistentləri: Tofiq Məmmədov, Yusif Şeyxov Qrim rəssamı: Elbrus Vahidov Operator: Amin Novruzov Filmin direktoru: Tələt Rəhmanov === Rollarda === Rasim Balayev — Tahir Məmmədrza Şeyxzamanov — usta Ramazan Leyla Bədirbəyli — Gülsüm Muxtar Maniyev Kamal Xudaverdiyev — usta Əli Şəfiqə Məmmədova Məmməd Məmmədov Şükufə Yusifova — Lətifə Həsən Məmmədov — Səməndər Şahmar Ələkbərov — Əmirhüseyn Gündüz Abbasov Fazil Salayev — Əliağa Tariyel Qasımov — Rüstəm Hamlet Xanızadə — Şirvan Fateh Fətullayev Eldəniz Zeynalov Rafiq Əzimov — Cabbarov Səməndər Rzayev Zemfira Sadıqova — Nisə Tələt Rəhmanov Şəfiqə Qasımova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yeni Həyata Doğru (1937)
== Məzmun == Film uşaq əmək koloniyası haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: İvan Manakov Operator: İvan Manakov Montaj edən: Vladimir Yeremeyev Musiqi Tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Zirvəyə doğru (film, 1991)
== Məzmun == Filmdə sambo üzrə iki dəfə dünya çempionu Ceyhun Məmmədov haqqında danışılır.
Şərqə doğru (film, 1930)
== Məzmun == Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov === Filmdə iştirak edən === Lətif Səfərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Sosializmə doğru hərəkat (Boliviya)
Sosializmə doğru hərəkat – Xalqların suverenliyi üçün siyasi alət (isp. Movimiento al Socialismo—Instrumento Político por la Soberanía de los Pueblos; akronimi MAS (isp. Más, hərf. es – hərf. "Böyük") — Boliviyada solçu sosialist partiyası. 23 iyul 1997-ci ildə qurulmuşdur. Keçmiş prezident Evo Moralesin rəhbərlik edir. == İdeologiya və mövqelər == MAS koka istehsalçılarını dəstəkləyən ictimai hərəkat olaraq başlamışdı. Onun ilkin bazası həmkarlar ittifaqları və yerli xalqlar üçün hərəkatlar idi. Hərəkat bir ideologiya olaraq bolivarizm, antikapitalizm və antiimperializmi təbliğ edir. Bu gün MAS bərabərlik, yerli azlıqların hüquqları, torpaq və konstitusiya islahatları, əsas sənaye sahələrinin milliləşdirilməsini müdafiə edir. == İstinadlar == == Xarici keçidlər == MAS Arxiv surəti 3 noyabr 2012 tarixindən Wayback Machine saytında Джеффрі Веббер.
Yalan illuziyası 2 (film, 2016)
Yalan illüziyası: İkinci akt — 2016 Amerikan sehrli oğurluq triller filmi. Rejissoru Con Çu, ssenaristi Ed Solomon olmuşdur. Rollarda Mark Ruffalo, Cessi Ayzenberq, Vudi Harrelson, Deyv Franko, Deniel Redklif, Lizzi Keplan, Cey Çu, Sana Lazan, Maykl Çeyn və Morqan Friman olmuşdur.
Taca doğru addım (film, 1985)
== Məzmun == Filmin mərkəzində Vilnüsdə keçirilən şahmat üzrə final yarışı durur.

Значение слова в других словарях

кейфану́ться лактовегетариа́нство приостана́вливание пристра́щивать тари́рование уми́лостивить фазаново́д бережли́вость галере́я за́ячий ка́риес неве́сть разби́тый растре́скивание тру́тный шамара autoecism Borneo greenhorn initially leak out narcissi stye единоначалие сетевой