YANDA

нареч. в стороне. Yanda dayanmaq стоять в стороне; hər yanda всюду, везде; heç bir yanda нигде, ни в какой стороне; o yanda там, на той стороне, в другой стороне; bu yanda на этой стороне, здесь, тут; bir yanda где -н., где-л. Siz bir yanda işləyirsiniz? вы работаете где-нибудь?
YANÇILIQ
YANDAN
OBASTAN VİKİ
Yanda Koçeska
Yanda Koçeska (17 Fevral 1937 – 15 Dekabr 2008) — Polşalı aktrisa. O, 1959-cu il ilə 2008-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Aleksis Yandard
Aleksis Yandard (23 aprel 1997, Ekülli[d]) — Fransalı suya tullanan. Aleksis Yandard Fransanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Aleksis Yandard birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 292.15 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Həmzət Yandarbiyev
Həmzət Yandarbiyev (5 avqust 1940, Köhnə Atagi[d], Çeçen-İnquş MSSR) — çeçen yazıçı, şair, alim, siyasi və ictimai xadim, Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, pedaqoqika elmləri namizədi, Çeçenistan Dövlət Universitetinin rus və dünya ədəbiyyatı kafedrasının dosenti, Çeçenistan Respublikasının fəxri vətəndaşı. == Bioqrafiyası == Sürgün illərində Şərqi Qazaxıstan vilayətinin Leninoqorsk şəhərindəki 14 nömrəli məktəbdə oxuyur. 6-cı sinifdə pul yığır və Çeçenistanın məşhur yazıçı və şairləri Xalid Oşayev, Saidbəy Arsanov, Maqomet Mamakayev, Maqomed-Salax Qadayev, Abdul Xamidov, Raisa Əhmədovanın əsərlərinin dərc olunduğu Kinxeqaman bayraxk qəzetinə abunə olur. Tələbəlik illərində özünü ədəbiyyatda sınamağa başlayır. 1963-cü ildə ilk əsəri nəşr olunur. 1964-cü ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirir. Təhsilini bitirdikdən sonra məktəbdə müəllim, muzey-qoruqda, müəllimlərin təkmilləşdirilməsi institutunda, pedaqoji institutda və universitetdə çalışır. Rusiya Təhsil Nazirliyi Milli Məktəblər Araşdırma İnstitutunun aspiranturasında oxuyur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci illərin sonlarından etibarən respublika mətbuatında respublikanın ictimai həyatı, çeçen xalqının tarixi və mədəni irsinin qorunması ilə bağlı aktual mövzularda məqalələrlə fəal şəkildə çıxış etməyə başlayır.
Typhlodromips yandala
Yandansalma ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Zəlimxan Yandarbiyev
Zəlimxan Əbdülmüslüm oğlu Yandarbiyev (çeç. Яндарбин Абдулмуслиман-кIант Зелимхан Yandarbin Abdulmusliman-khant Zelimxan, rus. Зелимхан Абдулмуслимович Яндарбиев; 12 sentyabr 1952 – 13 fevral 2004, Doha) — Çeçenistan İçkeriya Respublikasının 1996-1997-ci illərdəki prezidenti, yazıçı. Yandarbiyev 2004-cü ildə Qətər Respublikasının paytaxtı Doha şəhərində sui-qəsd nəticəsində öldürülmüşdür. Əvvəlcə ədəbiyyatşünas alim, şair və uşaq ədəbiyyatı yazarı Yandarbiyev Sovet İttifaqı dağılmağa başladıqda çeçen millətçi hərəkatının lideri oldu. 1989-cu ilin iyulunda Qafqaz etnik qruplarının "Rus imperializminə" qarşı birliyini təbliğ edən dünyəvi demokratik bir partiya olan Bart (Birlik) Partiyasını qurdu. 1990-cı ilin mayında müstəqil Çeçenistana bağlı olan ilk çeçen siyasi partiyası olan Vaynax Demokratik Partiyasını (VDP) qurdu və rəhbərlik etdi. VDP Çeçenistanın Rusiya Sovet Federativ Sosialist Respublikasından müstəqilliyini elan etməsindən sonra parçalanana qədər həm çeçen, həm də inquşları təmsil edirdi. 1990-cı ilin noyabrında Cövhər Dudayevin rəhbərlik etdiyi və Sovet dövründəki rəhbərliyi devirən Çeçen Xalqının Ümummilli Konqresinin sədr müavini oldu. Dudayevlə birlikdə inquş liderlər ilə Çeçen-İnquş respublikasını ikiyə bölən müqavilə imzaladı.
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.

Значение слова в других словарях