Həmzət Yandarbiyev
Həmzət Yandarbiyev (5 avqust 1940, Köhnə Atagi[d], Çeçen-İnquş MSSR) — çeçen yazıçı, şair, alim, siyasi və ictimai xadim, Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, pedaqoqika elmləri namizədi, Çeçenistan Dövlət Universitetinin rus və dünya ədəbiyyatı kafedrasının dosenti, Çeçenistan Respublikasının fəxri vətəndaşı.
Sürgün illərində Şərqi Qazaxıstan vilayətinin Leninoqorsk şəhərindəki 14 nömrəli məktəbdə oxuyur. 6-cı sinifdə pul yığır və Çeçenistanın məşhur yazıçı və şairləri Xalid Oşayev, Saidbəy Arsanov, Maqomet Mamakayev, Maqomed-Salax Qadayev, Abdul Xamidov, Raisa Əhmədovanın əsərlərinin dərc olunduğu Kinxeqaman bayraxk qəzetinə abunə olur.
Tələbəlik illərində özünü ədəbiyyatda sınamağa başlayır. 1963-cü ildə ilk əsəri nəşr olunur.
1964-cü ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirir. Təhsilini bitirdikdən sonra məktəbdə müəllim, muzey-qoruqda, müəllimlərin təkmilləşdirilməsi institutunda, pedaqoji institutda və universitetdə çalışır. Rusiya Təhsil Nazirliyi Milli Məktəblər Araşdırma İnstitutunun aspiranturasında oxuyur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1970-ci illərin sonlarından etibarən respublika mətbuatında respublikanın ictimai həyatı, çeçen xalqının tarixi və mədəni irsinin qorunması ilə bağlı aktual mövzularda məqalələrlə fəal şəkildə çıxış etməyə başlayır.