Yaramaz pişik Şərafəddin (cizgi filmi, 2016)
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) — 2016-ci ildə istehsal olunmuş ən məşhur Türk animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Uğur Yücəl "Şərafəddin" personajını səsləndirmişdir. Animasiya filmi 5 fevral 2016-cı ildə ekranlara buraxılmışdır.
== Hekayə ==
Adi bir yaz səhəri, pis pişik Şərafəddin ilə yancı qağayı Rifqi və siçan Rza axşamkı manqal üçün hazırlıqlarını davam etdirir. Lakin həmin gün içində Şeronun başına çoxlu işlər gəlir. Əvvəl atası Tonguç tərəfindən evdən qovulur, sonra xoşladığı gözəlçənin ölümünə səbəb olur, azmış kimi düşmənlərinin hücumuna uğrayar, həyatı boyu bəlkə də ilk dəfə aşiq olur və nəhayət Tacettin adında bir oğlu olduğunu öyrənir.
== Obrazlar ==
Şərafəddin: Tonguçun oğlu, Tacettinin atasıdır. Daim pislik etməsindən dolayı "Pis Pişik Şərafəddin" kimi tanınır.
"Şero" adlı bir ləqəbi vardır.