Təklifin tələb yaratması
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir.
== Nəqliyyatda tələbin idarə edilməsi ==
Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.