yarımkürə

is. hémisphère m ; şimal ~si hémisphère septentrional ; cənub ~si hémisphère austral

yarımköçəri
yarımkürəcik
OBASTAN VİKİ
Beyin yarımkürələrinin funksiyaları
== İlkin anlayış == İnsanlar arasında formalaşmış fikirə görə sağ və sol beyin yarımkürələrinin funksiyaları insanların müxtəlif fəaliyyətlərini təmin edir. İlk olararaq demek olar ki bu sahədə aparılan tədqəqatlar müxtəlif alimlər tərəfindən müxtəlif cür səsləndirilir. Bu tədqiqatlarda alimlərin gəldikləri nəticələr son zamanlar texnalogiyanın inkşafı ilə əlaqədar olaraq dahada genişlənib. Beyin hissələri üzərində aparılan araşdırmalar əvvəlki araşdırmaları ziddiyətli çıxmağa başlayır. Bu sahədə araşdırma aparmış alimlərdən Robert Ornsteyn, Jeff Anderson, Anna Abraham, Mark Beeman, Adam Bristol, Kalina Christoff, Andreas Fink, Jeremy Gray, Adam Green, Rex Jung, John Kounios, Hikaru Takeuchi, Oshin Vartanian, Darya Zabelina adlarını çəkmək həmçinin Utah Universitetinin nevroloqlarını bildirmək olar. Beyinin doğurdanmı sol yarımkürəsi dillər, Riyazıyyat, məntiq ,ağıl, grammatika, təhlil və yazı , sağ yarımkürə isə rəng qavrayışı, musiqi, təxəyyül, xətyal etmə, planlaşdırma, ritim hissi və yaradıcılıq kimi hissələrə bölünür. Bu alimlərin apardıqları araşdırmalarada ilk olaraq Robert Ornsteyn, araşdırmasına baxaq. == Funksiyaları == === Robert Ornsteyn tədqiqatları === Kaliforniya Universitetinin Professoru Robert Ornsteyn bu sahədə apardığı araşdırmada beyinin hər iki tərəfinin müxtəlif funksiyalara malik olub olmadığını praktiki olaraq gösdərdi. O araşdırmasında bildirdi ki beyinin sol tərəfi zədələnərsə bədənin sağ hissəsi, sağ hissə zədələnərsə bədənin sol hissəsi iflic olur. Robert Ornsteyn beyinin hər iki tərəfinin birlikdə işlədiyi bildirərək identik beyin fərziyyəsindən çıxış etdi.
Cənub yarımkürəsi
Cənub yarımkürəsi — Yer kürəsinin ekvatordan cənubda olan hissəsidir. Cənub yarımkürəsində təqvim yayı dekabr-fevral aylarında, təqvim qışı isə iyun-avqust aylarında olur. Antarktida, Avstraliya və Cənub okeanı bütünlüklə, Cənubi Amerika, Afrika və Asiyanın böyük hissəsi, eləcə də Atlantik, Hind və Sakit okeanlarının cənub hissəsi Cənub yarımkürəsində yerləşir. Argentina, Avstraliya, Boliviya, CAR, Çili, Peru, Yeni Zelandiya və digər ölkələr Cənub yarımkürəsində yerləşir.
Qərb yarımkürəsi
Qərb yarımkürəsi - Qrinviçdən qərbdə yerləşən bütün coğrafi ərazilərin ümumiləşdirilimiş adı. Şərq yarımkürəsində dərəcələr soldan sağa doğru hərəkət etsə də, Qərb yarımkürəsində əksinə sağdan sola doğru hərəkət edir. Bu yarımkürə 180o və 0o dərəcə arasında yerləşir. Bu yarımkürədə dünyanın ən uzun dağ qurşağı - (And-Kordilyer) yerləşir.
Yarımkürəşəkilli ardıc
Juniperus semiglobosa (lat. Juniperus semiglobosa) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Orta Asiya dağlarında, Pamir-Altay dağlıq sahəsində, Qərbi və Mərkəzi Tyan-Şanda yayılmışdır. Hündürlüyü 15 m-ə qədər olan ağacdır. Dəniz səviyyəsindən 1500–3000 m hündürlükdə dağ meşələrində bitir. 20 yaşında hündürlüyü 1,5 m, çətirinin diametri 30 sm olur. Xırda yarpaqlarının uzunluğu 2–3 mm, eni təxminən 1 mm, rombvarı və ya yumurtavarı rombvarı, ucu küt, kürəyində uzunsov vəziciklidir. Qozagiləmeyvələri şarşəkillidir. Vegetasiyası may ayından başlayır. İllik boy artımı 1 sm-ə qədərdir, yavaş böyüyür.
Şimal yarımkürəsi
Şimal yarımkürəsi — Yer kürəsinin ekvatordan şimalda olan hissəsidir. Şimal yarımkürəsində təqvim yayı iyun-avqust aylarında, təqvim qışı isə dekabr-fevral aylarında olur. Korolis qüvvəsinə görə təzyiqin aşağı olduğu zonalar və qasırğalar Şimal yarımkürəsində demək olar ki, həmişə sol tərəfə - saat əqrəbinin əksi istiqamətində fırlanır. Şimal yarımkürəsinin quru hissəsi Cənub yarımkürəsinə nisbətən yığcam və daha çoxdur.
Şərq yarımkürəsi
Şərq yarımkürəsi - Yer kürəsinin tən yarısı. Qrinviçdən şərqdəki əraziləri əhatə edir. Şərq yarımkürəsində London şəhərindən şərqə tərəf Çukotka yarımadasının bir hissəsi olmaqla, Afrikanın böyük bir hissəsi, Hind okeanı, Avstraliya və Atlantik və Sakit okeanın bir hissəsi aiddir. Bu yarımkürədə dünyanın ən hündür (Everest 8848m) və ən alçaq (Ölü dəniz -406m) nöqtələri yerləşir. Şərq yarımkürəsi 0o və 180o dərəcə arasında yerləşir.
Beyin yarımkürələri
Onurğalıların beyni iki böyük yarımkürəyə (lat. Hemisphaerium cerebri) bölünür: sol və sağ. Yarımkürələrin daxili təbəqəsi ağ maddə ilə, xarici təbəqəsi isə boz maddə ilə dəstəklənən beyin qabığıdır. İki yarımkürə komissuralar - sinir liflərinin eninə dəstələri ilə bir-birinə bağlanır. Bu komissuraların əsası korpus kallosumun qalın təbəqəsidir; öndən arxaya 8 sm uzanır və bir yarımkürədən digərinə uzanan 200-250 milyon sinir lifindən ibarətdir. Anterior və posterior komissuralar və tağ daxil olmaqla daha kiçik əlaqələr, lokallaşdırılmış funksiyaları koordinasiya etmək üçün iki yarımkürə arasında məlumat ötürür. Hər yarımkürədə qütblər adlanan öndə, arxada və yanlarda ən görkəmli bölgələr fərqlənir: frontal qütb (polus frontalis), oksipital qütb (polus occipitalis) və temporal qütb (polus temporalis). Ümumiyyətlə, yarımkürələr incə fərqlərlə bir-birinin güzgü şəkilləridir və sağ tərəf irəli çəkilir. Mikroskopik səviyyədə beyin qabığının sitoarxitekturası hüceyrə funksiyasını, neyromediatorların sayını və reseptor alt tiplərini aşkar edir. Müşahidə edilə bilən fərqlər fərddən fərdə dəyişir.

Значение слова в других словарях