Yaxnı

Qədim yemək adlarından birinin adıdır. Azərbaycanda bu yemək növündən hal-hazırda istifadə edilməsə də, türkdilli xalqların bəzilərində bu xörəyə üstünlük verilir. Məsələn, qaqauz yazıçısı N. Baboqlı əsərlərinin birində bu yemək növünün adını aşağıdakı cümlədə işlətmişdir: “Qeçennerde domuz kestilər, almış bir buka yaxnı da çekilmiş qelmiş.” (10, 29) Güman ki, “yaxnı” sözü Azərbaycan dilinin qədim dövrlərində “yemək qabı” mənasında işlənmişdir. Bəzi mənbələrdə “yaxnı” sözünə “yəxni” fonetik variantında rast gəlirik. Bu söz “qovurma” mənasında “Kitabi-Dədə Qorqud” dastanlarının dilində işlənmişdir: “Qara qoyun yaxnisindən önünə gətirin. Kəsə-kəsə yeməklə yəxni yaxni”. Dialektoloji lüğətlərdə Naxçıvan bölgəsində “yaxnı” sözünün “soyutma ət” mənasında işləndiyi də göstərilir. Gəncə dialektində bu söz “yaxnıkeş” formasında işlənir və “yemək qabı” mənasını bildirir. “Oğuznamə”də də “yaxni” sözü işlənmişdir: “Qaurmanı yaxnıya doldur”. Göründüyü kimi, “yaxni” sözü burada “qab” anlamında işlənmişdir (24, 10) “Yəxni” sözü Q.B.Zakirin yaradıcılığında da işlənmişdir: Qədirin qədrini bil, tutulan quşdan ona göndər; üçün ver ikisi yəxni, biri dəxi kabab olsun.
Yaxmanc
Yala

Значение слова в других словарях