Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yüzbaşı
Yüzbaşı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Yüzbaşı (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.DigərAvan Yüzbaşı — erməni əsilli sərkərdə, üsyançı.
Avan Yüzbaşı
Avan Yüzbaşı (fars. آوان یوزباشی‎, erm. Ավան հարյուրապետ; 1670, Loru mahalı – 1735, Qarabağ bəylərbəyliyi) — erməni əsilli sərkərdə, üsyançı. O, Səfəvi-Osmanlı müharibəsi (1730-1736) zamanı vəziyyətdən istifadə edərək üsyan çıxarmışdır. == Bioqrafiya == Avan və ailəsi əslən loruludur. Onlar 1717-ci ildə Qarabağ bəylərbəyliyi ərazisində yerləşən Şuşaya köçmüşdür. O burada Yüzbaşı (kapitan) adını qazanmışdır.Regiondakı ermənilər Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündən çox ilhamlanmışdır. Avan Yüzbaşı və yaxın yoldaşları 1722-ci ildə Gəncə şəhərinə rus zabitləri ilə görüşməyə getmişdir. XVII–XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur ermənidilli əhalinin üsyan mərkəzinə çevrilir, 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi milli azadlıq hərəkatını yaratmışdı.1720-ci ildə David bəyin rəhbərliyi altında Sünikdə Səfəvi hakimiyyətinə qarşı üsyan başladı. Üsyana rəhbərlik edən David bəy Sünikin cənubunu, o cümlədən Qafan şəhərini tutur.
Yüzbaşı (Xudabəndə)
Yüzbaşı (fars. يوزباشي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (19 ailə).
Fərəc yüzbaşı Xudayarlı
Fərəc yüzbaşı Xudayar yüzbaşı oğlu Xudayarlı (1839-?) - oba yüzbaşısı, xeyriyəçi, el ağsaqqalı. == Həyatı == Fərəculla Xudayar yüzbaşı oğlu 1839-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Xudayarlı оbasında anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ailədə qısaca "Fərəc" çağrıldığından оbada da bu adla tanınmışdı. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. == Ailəsi == Fərəc yüzbaşı Mahpəri xanımla və Xanımnisə xanımla evlənmişdi. Xanalı, Dünyamalı, Bəyalı, Əziz adlı оğulları, Hürü, Mələк və Zеynəb adlı qızları vardı. Fərəc yüzbaşının törəmələri Fərəcov, Fərəcli soyadlarını daşıyırlar. == Mənbə == Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı, "Soy" dərgisinin özl nəşri, Bakı, 2005.
Namazalı yüzbaşı Merdinli
Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Merdinli-(1800-?), Cavanşir elinin Merdinli obasının yüzbaşısı == Həyatı == Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Cavanşir-Dizaq mahalının Merdinli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. == Ailəsi == Namazalı yüzbaşı Gözəl xanımla ailə qurmuşdu. Abbas bəy, Lütfəli bəy, Süleyman bəy adlı oğlanları, Zəhrabanu xanım, Tutu xanım, Hürzad xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Merdinli kəndi: tarixi, tayfaları, Bakı:Mütərcim, 2017, 244 səh.
Xudayar yüzbaşı Çələbiyanlı
Əbdürrəhim yüzbaşı Hacıyev
Əbdürrəhim yüzbaşı Məşədi Əbdüləzim oğlu Hacıyev (1881-?) — Mahmudlu kənd icmasının yüzbaşısı. == Həyatı == Əbdürrəhim Məşədi Əbdüləzim oğlu 1881-ci ildə Cəbrayıl qəzasının Mahmudlu obasında anadan olmuşdu. Obalarının yüzbaşısı olmuşdu. Əbdürrəhimlə bağlı oba içində xеyli əhvalat dolaşır. Həmin əhvalatdan gülləmələr. 1922-ci ildə Ələsgərli obasının sakini Avana qoyun gətirərkən Əbdürrəhimlə sözləşmiş sonucda kеçmiş yüzbaşının gülləsindən yaralanmışdı. Bu nədənlə Mahmudlu obasının iki böyük tayfasının arasına qanlılıq düşmüşdü. Qanlılıq gеtdikcə qızışmış, tayfalar bir-birinə girişmişdilər. Bir atışmada Ələsgərlilərdən üç adam yaralanmış, aldıqları yaradan kеçinmişdilər. Hacıatalılar tərəfindən isə Əbdürrəhim dizindən yaralanmış, qardaşı Məmmədrəhim və yеznəsi Kərbəlayı Rəhim ölmüşdü.
Nəsir yüzbaşı Yağləvəndli-Cavanşir
Təzəkənd-i Yüzbaşı (Meşkinşəhr)
Təzəkənd-i Yüzbaşı (fars. تازه كنديوزباشي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (7 ailə).
Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir
Yüzbaşılı
Yüzbaşılı və ya Yüzbaşlı:
Birinci Yüzbaşılı
Birinci Yüzbaşılı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Yüzbaşılı Ağdam rayonu-nun Xındırıstan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə Yüzbaşılı adlanan bu kənddən XIX əsrdə başqa bir yaşayış məntəqəsi (İkinci Yüzbaşılı) ayrıldıqdan sonra kənd Birinci Yüzbaşılı adlandırılmışdır.
İkinci Yüzbaşılı
İkinci Yüzbaşılı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Yüzbaşılı (indiki Birinci YüzbaĢılı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin ikinci komponenti etnotoponimdir. == Əhalisi == === Tanınmışları === Adil Təhməzov - fizika-riyaziyyat elmləri namizədi, dosent == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001 Orxan Zakiroğlu (Baharlı. Cabbar bəy Vəlibəyov və davamçıları.
Yüzbaşılar (İğdır)
Yüzbaşılar — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1901-ci ildə Alıtlı, 1928-ci il qaynaqlarında isə Alut olaraq keçməkdədir. == Coğrafiyası == İğdırdan mərkəzindən 11 km uzaqlıqdadır.
Yüzbaşıməhəlləsi (Nəmin)
Yüzbaşıməhəlləsi (fars. يوزباش محله سي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (8 ailə).
İsmayıl Yüzbaşıyev
İsmayıl Yüzbaşıyev —(01.041997 Kəngərli rayonunun Böyükdüz kəndi- 09.11.2020 Şuşa)İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yüzbaşyev İsmayıl Fərzayıl oğlu 01.04.1997 tarixində Kəngərli rayonunun Böyükdüz kəndində anadan olub. Ailədə 4 nəfərdirlər.2003-cü il sentyabr ayında Böyükdüz Kənd Orta məktəbinə daxil olmuş,2014-cü ilde həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci il oktyabr ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2017-ci il də hərbi xidmətini başa vurmuşdur. 2019-cu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrində işə başlayır. İkinci Qarabağ müharibəsi zamanı şəhid olub. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29. dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (18.
Şenay Yüzbaşıoğlu
Şənay Yüzbaşıoğlu (türk. Şenay Yüzbaşıoğlu; 19 yanvar 1947, İstanbul – 4 yanvar 2013, İstanbul) — Türkiyə müğənnisi. "Sev Kardeşim" və "Hayat Bayram Olsa" mahnıları ilə tanınmışdır. == Həyatı və karyerası == 19 yanvar 1947-ci ildə İstanbulda doğulmuş Şənay müğənni karyerasına 1969-cu ildə Erkan Özermanın Ankaradakı "Anaştarlı Bulvar" adlı gecə klubunda başlamışdı. Daha sonra Şənay İstanbul Orkestrində Şerif Yüzbaşıoğlu, Salim Ağırbaş, Atilla Özdemiroğlu, Selçuk Başar, Uğur Başar, Garo Mafyan, Asım Erkendən ibarət orkestrdə İlhan Kayralla birlikdə solist oldu. 1971-ci ildə isə o, orkestrin rəhbəri Şerif Yüzbaşıoğlu ilə ailə qurmuşdu. 1971-ci ildə Şənay Yüzbaşıoğlunun "Benim Olursan/Sev Kardeşim" adlı albomu satışa çıxdı. O, türk pop-musiqisinin ən məşhur ifaçılarından biri idi. Ş.Yüzbaşıoğlunun "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne", "Sessiz Bir Yer" kimi məşhur mahnıları vardı.
Şənay Yüzbaşıoğlu
Şənay Yüzbaşıoğlu (türk. Şenay Yüzbaşıoğlu; 19 yanvar 1947, İstanbul – 4 yanvar 2013, İstanbul) — Türkiyə müğənnisi. "Sev Kardeşim" və "Hayat Bayram Olsa" mahnıları ilə tanınmışdır. == Həyatı və karyerası == 19 yanvar 1947-ci ildə İstanbulda doğulmuş Şənay müğənni karyerasına 1969-cu ildə Erkan Özermanın Ankaradakı "Anaştarlı Bulvar" adlı gecə klubunda başlamışdı. Daha sonra Şənay İstanbul Orkestrində Şerif Yüzbaşıoğlu, Salim Ağırbaş, Atilla Özdemiroğlu, Selçuk Başar, Uğur Başar, Garo Mafyan, Asım Erkendən ibarət orkestrdə İlhan Kayralla birlikdə solist oldu. 1971-ci ildə isə o, orkestrin rəhbəri Şerif Yüzbaşıoğlu ilə ailə qurmuşdu. 1971-ci ildə Şənay Yüzbaşıoğlunun "Benim Olursan/Sev Kardeşim" adlı albomu satışa çıxdı. O, türk pop-musiqisinin ən məşhur ifaçılarından biri idi. Ş.Yüzbaşıoğlunun "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne", "Sessiz Bir Yer" kimi məşhur mahnıları vardı.
Yüzbaşlı
Yüzbaşılı və ya Yüzbaşlı:
Yüzbaşlı (Əhər)
Yüzbaşlı (fars. ‎‎‎‎يوزباشلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Rəmzi Yüzbaşov
Yüzbaşov Rəmzi Möhsün oğlu — coğrafiya elmləri namizədi, Azərbaycanın toponomikasının, xüsusilə coğrafi obyektlərin adlarının mənşəyinin öyrənilməsində gərgin əmək sərf edən alim. == Həyatı == Rəmzi Yüzbaşov 5 may 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atası və anası öldüyündən, xalasının himayəsində böyümüşdür. 1913-cü ildə rus-tatar məktəbinə daxil olmuş, məktəbi 1917-ci ildə bitirmişdi. Həmin il Şamaxı realnı məktəbinə qəbul olunmuşdur. O, 1919-cu ildə Bakıya köçüb, Bakıda Birinci realnı məktəbində təşkil edilmiş milli (3-cü) sinfə daxil olmuş və Sovet vaxtı 1924-cü ildə ikinci dərəcəli məktəbi bitirmişdi. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinə daxil olub, 1931-ci ildə Ali Pedaqoji İnstitutu (1930-cu ildə universitet ayrı-ayrı institutlara ayrılmışdı) bitirdikdən sonra, qısa müddət Gədəbəydə məktəb müdiri vəzifəsində, 1931-1933-cü illərdə Azərbaycan SSR Maarif Komissarlığında təlimatçı, 1933-1938-ci illərdə Bakıda Xalq Maarif Komissarlığında inspektor vəzifəsində, daha sonra isə məktəbdə müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1935-1936-cı illərdə Azərbaycan Şura Ensiklopediyası idarəsində elmi işçi vəzifəsində də işləmişdir. 1938-ci ildə Akademiyanın Azərbaycan filialının fiziki-coğrafiya ixtisası üzrə aspiranturasına daxil olaraq oranı 1941-ci ildə bitirmişdi. Dissertasiya müdafiəsinə bir-iki ay qalmış Böyük Vətən müharibəsi başlamış və 1941-1945-ci illərdə o, Böyük Vətən müharibəsində iştirak etmişdir.
Soğan bozbaşı
Bozbaş və ya Bozartma - Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü == Tərkibi == 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot == Hazırlanma qaydası == Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.
İsmayıl Yüzbaşov
Yüzbaşov İsmayıl Qafur oğlu (1.01.1892-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və özünün xalq maarifı nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Xarkov Texnologiya institutunun mexanika şöbəsində 12 semestr oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmağa məc-bur olmuşdu. 1919-cu il oktyabrın 25-də Xalq Maarifi Nazirliyi ona təhsilini baĢa vurmaq üçün Xarkova qədər 3 min rubl yol pulu və 12000 aylıq xərclik ayırmıĢdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmıĢdı. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmıĢ mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək baş tutmamışdır.
Berna Gözbaşı
Berna Gözbaşı — Türk sənayeçi və idman meneceri. O, Kayseridə qurulan döşək istehsalçısı kimi fəaliyyət göstərən BRN Mattressin qurucusudur. Berna Gözbaşı sahibkarlıq və ixrac sahəsində bir çox mükafatlara layiq görülüb. 2019-cu ildə Kayserispor Futbol Klubunun prezidenti seçildi və Super Liqada ilk qadın idman klubu prezidenti oldu. == Bioqrafiyası == Berna Gözbaşı 1974-cü ildə Türkiyənin Çanaqqala vilayətinin Gelibolu şəhərində kiçik zabit ailəsində anadan olub. İzmirdə Dokuz Eylül Universitetində biznes idarəçiliyi fakültəsində təhsil alıb və 1996-cı ildə məzun olub. Onun iki qızı var. == Biznes karyerası == Gözbaşı peşəkar karyerasına Kayseridə yerləşən sink-qurğuşun metal sənayesi olan "Çinkır"da ixrac meneceri kimi başlayıb. 2001-2006-cı illər arasında o, Yaxın Şərq, Şərqi Afrika və Qərbi Afrikada ixrac biznesinə girən bir çox kiçik və orta müəssisəyə kömək etmişdir. 2006-cı ildə döşəklər və çarpayılar istehsalı üçün BRN Bed şirkətini qurdu.
Qumbaşı
Qumbaşı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Qumbaşı Lənkəran rayonunun Xəzər şəhər inzibati ərazi vahidində kənddir. Xəzər dənizi sahilində, Lənkəran ovalığında yerləşir. == Əhalisi == Əhalisi 1288 nəfərdir. == Toponimiyası == Bəzi mülahizələrə görə, Qumbaşı ensiz boğaz vasitəsilə dənizlə birləşən axmazın-murdabın adındandır. Digər tədqiqatlara görə, Qumbaşı kəndinin yerləşdiyi ərazi dənizə yaxın hündür qumluqdan ibarət olduğu üçün belə adlanıb.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Mirzə Həsən Yüzbaşov-Qarabaği
Mirzə Həsən bəy Alı yüzbaşı oğlu Qarabaği — şair. == Həyatı == Mirzə Həsən bəy Alı yüzbaşı oğlu 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi.Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ticarətlə məşğul idi. O, 1904-cü ildə vəfat edib. Mirzə Həsən bəy Səadət xanımla ailə qurmuşdu. Xəlil bəy, Qasım bəy adlı oğulları vardı. Mirzə Həsən bəy şair idi. Öz adı ilə könül açan şeirlər qələmə almışdı.
Cənub yukkası
Cənub yukkası (lat. Yucca faxoniana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Meksikada bitir. == Botaniki təsviri == Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır. == Ekologiyası == Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir.
Trekul yukkası
Trekul yukkası (lat. Yucca treculeana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır (Texasdan Şərqi Meksikaya qədər). == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər, oduncaqşəkilli, zəif şaxələnmiş, yavaş böyüyən həmişəyaşıl növdür. Gövdəsi düz, ağımtıl rəngdədir. Yarpaq rozetləri ilə qurtaran budaqlı balaca ağacdır. İynəyarpaqları 30 dərəcəlik bucaq altında düzünə, dairəvi şətir əmələ gətirir. Mavi-yaşıl rəngli düz və ya bir az əyilmış yarpaqları sıx rozetlərə yığılmışdır. Sıx yerləşmış yarpaqları qılıncşəkilli, uzunluğu 120 sm-ə qədər, ortasında eni təxminən 7-9 sm olub, bünövrəsində tərəf ensizləşir. Yarpaqları dərili, hər iki tərəfdən çıxıntılı, xətvarıdır, tünd-yaşıl rəngdədir, uzunluğu 60-80 sm, süpürgə oxu çılpaqdır.
Şotta yukkası
Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir.
Avtomobil kuzası
Avtomobil kuzası (avtomobil kuzovu və avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir (daşıyıcı avtomobil kuzası), yaxud da yüksaxlayan çərçivəyə bərkidilir (yüksüzləşmiş, çərçivəli avtomobil kuzası). == Minik avtomobillərinin kuzası == === Bağlı === Bu kuzalar adətən daşıyıcı olur və bir-birinə birləşdirilmiş ayrı-ayrı panellərdən ibarətdir. Avtomobil kuzası əsasən, poladdan hazırlanır; XX əsrin sonlarından kompozisiya materiallarından daha geniş istifadə edilməyə başlanmışdır. Kuzanı xaricdən enerji udan bamperlər mühafizə edir. Avtomobilin ümumi kompanovka sxemindən və sərnişin yerlərinin sayından asılı olaraq kuzalar bir neçə tipə ayrılır. Sedan: Minik avtomobilləri üçün əsas tip olan sedan (B.Britaniya və Yaponiyada Saloon, almandilli ölkələrdə Limousine) üç bölməyə (birinci bölmə – mühərrik, ikinci – sərnişinlər, üçüncü – yük üçündür) ayrılmış qapalı kuzadır; 4 (bəzən 2, yaxud 6) qapısı, iki (bəzən üç) cərgə oturacağı olur. Sedanın damının bir hissəsi arxa oturacağın üstündən açılırsa, bu kuza lando , qabaq oturacağın üstündən açılan – broqam , ortadan açılan – tarqa , tam açılan yumşaq tentli avtomobil kuzası kabriolet , çıxarılabilən sərt tentli isə kabriolet — hardtop adlanır. Əgər yumşaq tentin yan pəncərələri və divarları endirilən deyil, çıxarılandırsa bu faeton (fayton) tipli kuzadır.
Genişləndirmə yuvası
Genişləndirmə yuvası – kompüter konsolunun içərisində genişləndirmə lövhələrini yerləşdirmək üçün nəzərdə tutulmuş və onları sistem şininə (verilənlər magistrallarına) qoşan yuva. Fərdi kompüterlərin əksəriyyətində üçdən səkkizədək genişləndirmə yuvası olur; Apple Macintosh və Macintosh Plus kompüterlərində, ümumiyyətlə, genişləndirmə yuvası olmur, Macintosh SE də isə bir yuva olur. Genişləndirmə yuvaları sistemin mövcud imkanlarını və ya yaddaşını artırmağa və ya yenilərini əlavə etməyə imkan verir. Bax: EXPANSION BOARD. Daşınabilir kompüterlərdə genişləndirmə yuvası PCMCIA sinifli yuva formasında olur ki, ora da PC Card lövhəsi qoyulur.