Pfann yaxınlaşması
Müxtəlif üsullarla göyərdilmiş bərk məhlul kristallarında və ərintilərdə komponentlərin aksial konsentrasiya profilini izah etmək üçün Pfann yaxınlaşması istifadə edilir. Pfann yaxınlaşması o zaman istifadə olunur ki, aşağıdakı standart şərtlər ödənilir:
Faza bölməsi müstəvisinin səthinə paralel kəsiklərdə kristallaşma cəbhəsi düz olur;
sisteminin faza hal diaqramı ilə təyin olunan bərk ve maye fazalar arasında kristallaşma cəbhəsində tarazlıq mövcuddur;
ərintidə komponentlərin diffuziyası bütün həcm üzrə maye fazanın tərkibinin eyniliyini təmin edən sürətlə baş verir;
sistemin atomlarının bərk maddədə diffuziyası ərintidəkinə nisbətən nəzərə alınmayacaq dərəcədə kiçikdir.
Məsələn, bu şərtlər Ge-Sı bərk məhlul kristallarına üçün praktiki olaraq kristalların 5mm /saatdan kiçik sürətlərlə göyərdilməsi zamanı ödənir.