yeddi qatını kəsmək

bax yeddi qatından keçmək
yeddi qatından keçmək
yeddi qıfıl arxasında
OBASTAN VİKİ
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac — Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
Yeddi gözəl
Yeddi gözəl (fars. هفت پیکر‎, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
On yeddi kəmərbəst
On yeddi kəmərbəst: Şiə inancına görə, Həzrəti Əli tərəfindən kəmərləri bağlanan on yeddi övliaya verilən ad. Səlman Farsi Əmmar ibn Yasir Əbuzər əl-Ğəffari Abdullah ibn Abbas Malik Əştər Veysəl Qarani Məhəmməd ibn Əbubəkir Harim ibn Haris Abdullah ibn Yeddi-xəzai Abdullah ibn Ədiəl Əbu əl-Hişam Haris Şeybani Haşim ibn Ütbə Məhəmməd ibn Əbu Xəziqə Qəmbər Mürtəfi ibn Vəzza Səid ibn Qeys Digər bir rəvayətdə Həzrəti Əli öz oğullarının belini kəmərlə bağlayır.
Yeddi oğul istərəm…
Yeddi oğul istərəm — rejissor Tofiq Tağızadənin eyniadlı filmi. Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar — 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Filmin yaradıcılarına Azərbaycan SSR Lenin komsomolu mükafatı (1970). Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur. Filmdə aktyor və rəssam Elçin Məmmədovun ilk işidir. Film Tofiq Tağızadənin 7-ci tammetrajlı filmidir. Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Vladimir Savin Rejissor: Tofiq Məmmədov Geyim rəssamı: Mais Ağabəyov Qrim rəssamı: V. Bereznyakov, Elbrus Vahidov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Montaj edən: Tamara Nərimanbəyova Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi) Rəssam assistenti: T. Abdullazadə, N. Viçina Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Davud Zöhrabov İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Rejissor köməkçisi: Almaz Mustafayeva (titrlərdə yoxdur) Həsən Məmmədov — Bəxtiyar Ənvər Həsənov — Cəlal Elçin Məmmədov — Mirpaşa Əbdül Mahmudov — Qasım Şahmar Ələkbərov — Qəzənfər Rafiq Əzimov — Şahsuvar Ələsgər İbrahimov — Zalımoğlu Həsənağa Turabov — Gəray bəy İsmayıl Osmanlı — Kələntər Zemfira İsmayılova — Humay Hamlet Xanızadə — Gizir Fərhad İsrafilov — Qəqəni Məmmədrza Şeyxzamanov — Kərəm Məhluqə Sadıqova — Əri ölən qadın Hacıməmməd Qafqazlı Əli Xəlilov — Axund Şirəli Məmmədsadıq Nuriyev — Kosa Hüseynağa Sadıqov — Keçi Nadir Əsgərov — Keçəl Eldəniz Zeynalov — Kəndli Süsən Məcidova — Qəqəninin anası Sadıq Həsənzadə Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi) — Mürşüd N. Rəhimov Ramiz Məlikov — Hökumət nümayəndəsi Ədalət Nəsibov — Aşıq L. Əbdülrəhimov N. İsmayılov Sadıq Hüseynov — Kənd sakini A. Əliyev N. Dəmirov P. Rzazadə Fazil Salayev — Kənd sakini Abbas Rzayev — Kənd sakini Ömür Nağıyev — Kənd sakini (titrlərdə yoxdur) Sadıq Hüseynov — Axund Şirəli (Əli Xəlilov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Humay (Zemfira İsmayılova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Kərəm (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Bayraqdar (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Cəlal (Ənvər Həsənov) (titrlərdə yoxdur) "Ədəbiyyat və incəsənət" qəzeti. 10 oktyabr 1970-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Yeddi gözəl (dəqiqləşdirmə)
Yeddi gözəl — Nizami Gəncəvinin 1197-ci ildə yazdığı Xəmsə toplusuna daxil olan dördüncü poeması və 5 əsas əsərindən biri. Yeddi gözəl həmçinin bu mənaları ifadə edə bilər: Yeddi gözəl (balet) — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Yeddi gözəl (film) — 1982-ci ildə çəkilmiş Azərbaycan filmi. Yeddi gözəl şəlaləsi — Qəbələ rayonunun ərazisində yerləşən şəlalə. Yeddi gözəl mağarası — Qobustanda yerləşən mağara.
Yeddi gözəl (film)
Saray münaqişələri, lirik duyğular, xeyirlə şərin mübarizəsi filmin süjetinin mayasını təşkil edir. Hadisələrin mərkəzində isə Aişə (Nataliya Bolşakova), Bəhram (Vadim Qulyayev) və Vəzir (Qali Abaydulov) obrazları durur. Kütləvi səhnələrdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri və Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri çıxış edirlər. Kino əsəri SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar Qara Qarayevin parlaq xatirəsinə həsr olunmuşdur. Bu kinolent milli kino tariximizdə ilk film-baletdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Nizami Gəncəvi, Qara Qarayev Bəstəkar: Qara Qarayev Librettonun müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov Xoreoqrafiyanın müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov Ssenari müəllifi: Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Feliks Slidovker Quruluşçu operator: Aleksandr Tafel Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov, Arif Məhərrəmov Geyim rəssamı: Toğrul Nərimanbəyov Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: Rauf Abdullayev Səs operatoru: Vladimir Savin Konsertmeyster: İ.Brodov Musiqi redaktoru: Mobil Babayev Rejissor: Q.Səlimov Operator: S.İsmayılov Qrim rəssamı: Firuzə İsmayılova İşıq ustası: M.Rəhmanov Rejissor assistenti: T.Mustafayeva Operator assistenti: Abbas Rzayev Rəssam assistenti: Y.Kirşner İnzibatçı: İ.Muşailov, R.Ağayev Redaktor: Nadejda İsmayılova Filmin direktoru: Aydın İmrani Nataliya Bolşakova (Natalya Bolşakova kimi) — Aişə Vadim Qulyayev — Bəhram Qali Abaydulov — vəzir Vera Nekrasova — gözəl Tamilla Məmmədova — gözəl Valentina Zeynalova — gözəl Svetlana Antoniçeva — gözəl İrina Yelizarova — gözəl Lidiya Brodova — gözəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Fivə qarşı yeddi
"Fivə qarşı yeddi" (yun. Ἑπτὰ ἐπὶ Θήβας) — qədim yunan mifologiyasının klassik süjetlərindən biri, Fiv taxtının varisləri, atası Edip olan Eteokl və Polinik qardaşları arasında əfsanəvi qarşıdurma. Yeddi qəhrəmanın Fivə qarşı yürüşü qardaşı Eteoklu devirərək Poliniki yenidən taxta çıxarmaq istəməklərindən baş tutmuşdur. Arqoslu Adrast istisna olmaqla, onların hamısı ölmüş, lakin onların qisasını oğulları və varisləri epiqonlar almışdır.
Yeddi Fivə qarşı
"Fivə qarşı yeddi" (yun. Ἑπτὰ ἐπὶ Θήβας) — qədim yunan mifologiyasının klassik süjetlərindən biri, Fiv taxtının varisləri, atası Edip olan Eteokl və Polinik qardaşları arasında əfsanəvi qarşıdurma. Yeddi qəhrəmanın Fivə qarşı yürüşü qardaşı Eteoklu devirərək Poliniki yenidən taxta çıxarmaq istəməklərindən baş tutmuşdur. Arqoslu Adrast istisna olmaqla, onların hamısı ölmüş, lakin onların qisasını oğulları və varisləri epiqonlar almışdır.