Yoqurt

Azərbaycanda qədim içki növlərindən birinin adı belə adlanmışdır. “Yoqurt” qədim türkcədə “kəsmikləşmiş süd // qatıq” mənasındadır: yoqurt udışdı – kəsmikləşmiş süd // qatıq uyuşdu (yəni qatıq tutdu); ol sirkanı yoqurta qatı – o sirkəni kəsmikləşmiş südə // qatığa qatdı. (6, 270) Yoqurt içki növü proseslə bağlı olaraq belə adlandırılmışdır. Belə ki, qədim türkcədə “yoqurt” sözü aşağıdakı mənaları bildirmişdir: 1. “qarışdırmaq”, “yoğurmaq” (xəmir), “tutmaq” (palçıq) mənasını: Küncit yağı bırla yoğurur – küncüt yağı ilə qarışdırıb. (6, 270) Doğrudan da nehrədə südü atıb – tutmaqla, qarışdırmaqla (buna nehrənin çalxalanması deyilir) yoqurt yaranır. Prosesin özü isə yoqurmaq (Azərbaycan dilində yoğurmaq) adlanır. Azərbaycan dilində xəmirin yoğrulması, süzmənin yoğrulması, südün çalınması ifadələri də yaranmışdır. (3, 287) 2. “keçmək, aşmaq, addamaq”, “çevirmək”, “təzədən bişirmək, təzədən qaynatmaq” mənası. (6, 270) Qədim türkcədə “yoğur” sözünün hər iki mənası ilə yaxınlıq yaradan, daha doğrusu, bu sözdən yaranmış “yoqurquc” sözü (yoqur quc) “oxlov”, “val” (dəzgahda) mənasında işlənmişdir. (6, 270) Bu söz “yoğur” və “t” komponentlərindən ibarət olub, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində də işlənmişdir. Ancaq burada sözün sonuna “t” səsi yox, “d” səsi artırılmışdır: Gəlin ol kim solduran soydur, sapandaca yerindən uru turar, əlin-üzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurt gəvəzlər, toyunca tıqa-bata yeyər, əlin bögrünə urar (15, 33). Hazırda bu söz Axısqa türklərinin dilində “yoğurt” şəklində işlənilir. Bir Axısqa manisinə nəzər salaq: Yoğurt içində bəkməz, Bu bəkməz bizə yetməz, Bu Varxanın qızları, Davulsuz ərə getməz. Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrində yoğurtla qatıq eyni şey hesab edilir: -Yoğurtnan qatıq bir sözdü. (26, 270) “Yoğurt” sözü Cənubi Azərbaycanda geniş yayılmış bir atalar sözünün tərkibində məcaziləşərək işlənmişdir: “Düz gəl, düz get, yoğurtun ye, zurnanı çal”. (28, 135) Ümumtürk dilləri və dialektlərində yoğurt sözünün işlənmə mənzərəsi belədir: yoğurt (Türkiyə türkcəsi) → qatıq, yoğurd (Azərbaycan türkcəsində) → yoğort, katık (başqırd türkcəsi) → ayran, katık (qazax türkcəsi) → ayran (qırğız türkcəsi) → katık (özbək türkcəsi) → yoğırt, katık (tatar türkcəsi) → qatık (türkmən türkcəsi) → ketık (uyğur türkcəsi) (33, 992-993)
Yetimçə
Yörkəməc
OBASTAN VİKİ
Yoqurt
Yoğurt — zülal və kalsium baxımından zəngin olan qida məhsulu, çəki salmaq üçün faydalıdır. Müxtəlif araşdırmalar göstərir ki, bol miqdarda kalsium baxımından zəngin olan qidalar, eyni zamanda yoğurt insanların daha asan çəki salmasına kömək edir. Yoğurtlardan uşaq qidalarının hazırlanmasında da istifadə edilir.