YUF

tfu
YUDUM
YUFKA
OBASTAN VİKİ
Kalib ibni Yufənna
"Kamilut-tarix"in müəllifi öz tarixində yazır: Yuşə ibni Nun dünyadan gedəndən sonra Kalib ibni Yufənna Bəni-İsrailə rəhbərlik etdi. Mərhum Təbərsi də "Məcməül-bəyan" kitabında "Bəqərə" surəsinin 244-cü ayəsində bu məzmunda yazır. Sələbi "Ərais" kitabında yazır ki, Kalib ibni Yufənna Həzrət Musanın (ə) bacısının əri, yəni İmranın qızı Məryəmin həyat yoldaşı idi. İbni Əsir də bu xəbəri "Kamil" kitabında Əriha şəhərinin fəthində qeyd edib. Amma Yuşə`dən sonra Kalibin peyğəmbər olması Məsudinin "İsbatul-vəsiyyə" kitabındakı və Yəqubinin yazdığı tarixdəki sözü ilə ziddiyyətdədir. Məsudi yazır: Elə ki, Yuşənin əcəli çatdı, Allah taala ona vəhy edərək yanındakı əmanəti oğlu Fənhasa verməyi əmr etdi. Yuşə də Fənhası çığırıb peyğəmbərlərin irslərini ona tapşırdı və dünyadan getdi. Fənhasdan sonra da oğlu Bəşir ibni Fənhas onun canişini olub peyğəmbərlik məqamına nail oldu. Yəqubi yazır ki, Yuşə ibni Nundan sonra Bəni-İsrailin rəhbərliyini Duşan Kifri öz öhdəsinə götürdü və səkkiz il onların rəhbəri oldu. Ondan sonra Kalibin qardaşı, Yəhudanın nəvəsi Əsnail ibni Qənəz qırx il Bəni-İsrailə hökumət etdi.
Yufu dağı
Yufu dağı (由布岳, Yufudake) – Yaponiyanın Oyta prefekturasında, Yufu və Beppu şəhərləri arasında yerləşən stratovulkan. Yufu dağı stratovulkandır. İki zirvəsi var: Hiqaşi-mine (Şərq zirvəsi) və Nişi-mine (Qərb zirvəsi). Hiqaşi-mine Nişi-minedən təxminən 10 metr hündürdür. Dağa çatmaq üçün ən populyar marşrut Kamenoi Bus ilə Yufu Tozanquçi avtobus dayanacağından başlayır. Yol 2 saat yarımlıqdır. Digər marşrutlar Yufu şəhərindən və Hiqqşi Tozanquçi avtobus dayanacağından başlayır. Vikianbarda Yufu dağı ilə əlaqəli mediafayllar var.
Yufuluo
Şanyü Yufuluo (150 – 195) — hunların 40-cı hökmdarı idi. Yufuluo atasının ölümündən sonra imperator tərəfindən təyin olunmuşdu. Lakin hunlar buna da üsyan edərək Suybu Quduxu adlı birini şanyü elan etdilər. O Suybu sülaləsindən idi. Bu vaxtı Yufulou çinlilərdən də yardım ala bilmədiyi üçün Sarısarıqlılar üsyanına dəstək verməyə başladı. 189-cu ildə Suybu öldürüldü və yerinə Yufulounun qardaşı Huçuquan keçdi. Huçuquanın taxta keçməsi səbəbi onun ana tərəfdən Luanti sülaləsindən olması idi. Yufuluo 195-ci ildə öldü və yerinə qardaşı keçdi.