yüzildənbir
yüzlərcə
OBASTAN VİKİ
Yüzillik
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
XVII yüzillik
XVII əsr — 1600-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1600-cü ilin 1 yanvar tarixi, son günü isə 1699-cu ilin 31 dekabrıdır. XVII əsrdən sonra isə XVIII əsr gəlir. XVII əsrin əvvəllərində Səfəvi — Osmanlı müharibəsinin gedişində üstünlüyü ələ alan Şah I Abbas Osmanlı sultanını sülh bağlamağa vadar etdi. 1612-ci noyabrın 20-də imzalanmış İstanbul sülhü Amasya sülhünün (1555) şərtlərini bərpa etdi.
XVI yüzillik
XVI əsr — 1500-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1500-cü ilin 1 yanvar tarixi, son günü isə 1599-cu ilin 31 dekabrıdır. XVI əsrdən sonra isə XVII əsr gəlir. 1501-ci ildə Səfəvi İmperiyası yarandı. 1514-cü ildə Çaldıran düzündə şah İsmayıl Xətai ilə Sultan Səlim arasında müharibə oldu. 18-ci əsrin 40-cı illərinin sonlarından bu günə qədər "Gələrsən, görərsən" adlandırılan bu qala 1551-ci ildə tikilib. 1524-cü ildə Şah İsmayıl Xətai vəfat etdi və Şah Təhmasib anadan oldu. Simeon Bekbulatoviç Şeyx Bəhaəddin (memar) 1578-cı ildə Şah Təhmasib vəfat etdi.
Yüzillik müharibə
Yüzillik müharibə (İngiliscə: The Hundred Years' War) – Plantagenetlər, Valualar və İngiltərə kralları arasında Fransa taxtı uğrunda baş tutan və 1337-1453-cü illəri əhatə edən müharibədir. Müharibənin tərəfləri digər Avropa dövlətlərini də müharibəyə sürüklədi. Qərbi Avropanın ən böyük krallığı uğrunda gedən bu müharibə hər iki rəqib sülalədə nəsillər boyunca davam etmiş, bununla yanaşı bu dövlətlərdə milli kimlik hissi formalaşdırmışdır. Fransa və İngiltərə taxtları arasındakı bu qarşıdurma İngiltərə kral sülaləsinin fransız əsilli olması səbəbilə, əslində əsrlər öncəsindən qaynaqlanırdı. Bu səbəblə İngiltərə kralları daim Fransadakı bəzi mülklərdə haqq iddia etmiş, beləcə Fransa krallarının vassalına çevrilmişdi. Bundan istifadə edən Fransa kralları isə ingilislərin həddindən artıq yüksəlməsinin önünü almağa çalışmış, onların şotlandlarla olan münaqişələrindən istifadə edərək bölgədəki ingilis mülklərini xırda-xırda ələ keçirmişdilər. Belə ki, vaxtilə Fransa kral mülklərini belə kölgədə qoyan ingilis mülklərindən 1337-ci ildə sadəcə Qaskoniya qalmışdı. 1328-ci ildə Fransa kralı IV Çarlz geridə vəliəhd buraxmadan vəfat etdi. Üstəlik ölümündən öncə sülalənin qadın üzvlərinin taxt hüquqlarını ləğv edən bir fərman da imzalamışdı. Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi.
Yüzillik Olimpiya Parkı
Yüzillik Olimpiya Parkı — Georgia World Congress Center Authority tərəfindən idarə edilən və ona məxsus Corciya ştatının inzibati mərkəzi olan Atlantanın mərkəz hissəsində yerləşən ictimai parkdır. Park Olimpiya Oyunlarının yüzilliyinin şərəfinə 1996-cı ildə infrastrukturun yaxşılaşdırılmasının bir hissəsi kimi Atlanta Olimpiya Komitəsi tərəfindən tikilib. Parkın milyollarla ziyarətçiləri hər il bir neçə hadisəyə şahidlik edir. Bunlara məşhur musiqi konsertləri, Müstəqillik günü konsertləri və atəşfəşanlıq daxildir. Parkın ərazisi əvvəllər atılmış və baxımsız sənaye binaları və böyük boş sahələrdən ibarət idi. Atlanta Olimpiya Komitəsinin başçısı Billi Peyn parkı həm şəhər üçün silinməz irs kimi, həm də Olimpiya Oyunları zamanı tamaşaçılar və ziyarətçilər üçün mərkəzi görüş yeri kimi düşünmüşdü. Olimpiya zamanı parkı dünyaya nümayiş etdirmək məqsədilə, Atlanta Olimpiya Komitəsi parkın tikilməsi və tərtibatı üçün dizayn yarışması keçirmək qərarına gəlib. Atlanta Olimpiya Komitəsi tərəfindən park üçün dizayn layihəsinin qalibi kimi H.J. Russell & Company inşaat və dizayn firması seçildi. Yüzillik Olimpiya Parkı iki mərhələdə tikilib. Tikintinin birinci mərhələsi 28 milyon dollar ABŞ dolları dəyərində idi.
Yüzillik Kosmos Uçuşu layihəsi
Yüzillik Kosmos Uçuşu layihəsi (ing. 100 Year Starship və ya qısaca ing. 100YSS) — NASA və Pentaqonun DARPA adlı qurumunun insanları Yer kürəsindən kənardakı planetlərə yerləşdirmək strategiyasının həyata keçirilməsi layihəsi Layihənin əsasında insanları yad planetlərə aparıb, orada buraxmaq durur. Yəni insanların geri qaytarılması mümkün olmayacaq. İnsan yerləşdirilməsi nəzərdə tutulan ilk planet Marsdır. 2010-cu ildə bu layihə ictimaiyyətə təqdim olunan zaman NASA İdarə Heyətinin üzvü Simon Vorden deyib ki, layihə qarşıdakı 20 ildə həyata keçiriləcək: "2030-cu ildə Marsda olacağımızı düşünürəm". 2010-cu ilin oktyabr ayına qədər qədər NASA bu layihəyə 100 min dollar, Pentaqon 1 milyon dollar ayırıb. Layihə haqqında detallı məlumat verilmir. == Mənbə == Yad planetlərə insan aparılacaq Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine.

Значение слова в других словарях