Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tiraj
Tiraj (fr. tirage) — Eyni adlı nəşrin nümunələrinin sayı. Termin bir qayda olaraq nəşr məhsulunun sayı ilə bağlı işlədilir. Bir qayda olaraq az tirajlı (15 min ədədə qədər), orta tirajlı (100 minə ədədə qədər) və kütləvi tirajlar olur (100 min ədəddən çox). Kütləvi tirajlar xüsusi müəssisələrdə dərc edilir.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Hipparx (tiran)
Hipparx (q.yun. Ἵππαρχος; e. ə. VI əsr, Afina – e.ə. 514, Afina) — eramızdan əvvəl 527-ci ildən başlayaraq böyük qardaşı Hippias ilə birlikdə Afina tiranı. O, Pisistratın ikinci oğlu idi, anasının adı Koysira idi. Ənənəyə görə, o, yüngülxasiyyətlik, tez-tez aşiq olma və şairlər (xüsusən Anakreon və Simonidə) və "muzalara" himayəçiliyi ilə məşhur idi. Fukididə görə, Hipparx şiddətə meylli deyildi və hər hansı bir narazılığın qarşısını almağa çalışırdı, bunun nəticəsi kimi onun hökmdarlıq dövrü əhali tərəfindən yaxşı qarşılanmırdı və əziyyətli keçirdi. Yüngülxasiyyətliyi onun ölümünə səbəb oldu, çünki o, Harmodini əldə etməyə cəhd göstərdi, amma imitna alandan sonra onun bacısı və özünü təhqir etdi (sonrakı hekayələrə görə, o, Harmodinin bacısına Panafiney bayramının təntənəli nümayişində iştirak etməyə qoymadı və eyni zamanda Harmodini qorxaq adlandırdı). Nəticədə, Harmodi və Aristogiton əlbir olub Hipparxı qətlə yetirdilər.
Miraj 2000
Dasso "Miraj" 2000 (Dassault Mirage 2000) — 1970-ci ildə Dasso şirkəti tərəfindən hazırlanan dördüncü nəsil fransız çoxməqsədli qırıcısı. XX əsrin sonu XXI əsrin əvvəli Fransanın əsas hərbi təyyarəsi. Asiya, Avropa və Latın Amerikasının bir neçə ölkəsinin arsenalına daxildir. Miraj 2000 yığma konveyeri 2007-ci ildə son təyyarənin təhvil verilməsindən sonra dayandırılıb. Sonuncu Miraj 2000 23 noyabr 2000-ci ildə Yunanıstanın HHQ-nə verilmişdi. Fransanın HHQ Miraj 2000 təyyarəsini, 27 iyun 2006-cı ildə silahlanmaya qəbul olunan çoxməqsədli Dassault Rafale qırıcısı ilə əvəz etdilər.
Tiran (İran)
Tiran — İranın İsfahan ostanının şəhərlərindən və Tiran və Kərun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,673 nəfər və 4,431 ailədən ibarət idi. Bu şəhərin keçmiş adı Tehran idi və tarixi kitablarda İsfahan Tehranı kimi tanınırdı..
Tiran adası
Tiran adası (ərəb. جزيرة تيران‎) — Tiran boğazında, Qırmızı dəniz suları ilə yuyulan ada. Ada Sanafir adasından qərbdə yerləşir. İnzibati baxımdan Səudiyyə Ərəbistanına aiddir. Sahəsi 80 km²-dir. İqlimi olduqca istidir. Tropik qurşaqda yerləşir. Adada yaşayış yoxdur. Bitki və heyvalar aləmindən demək olar ki məhrumdur. Quraq tropik iqlim hakimdir.
Tiran boğazı
Tiran boğazı— Qırmızı dənizdən Aqaba körfəzini ayıran Ərəbistan və Sinay yarımadaları arasında dar dəniz keçididir. İki yarımada arasındakı məsafə təxminən 13 km-dir (7 dəniz mili). Tiran körfəzi Sinay yarımadasının 5–6 km-də yerləşən Tiran adalarının şərəfinə adlandırılıb.
Tiran Kelekyan
Tiran Kələkyan (erm. Տիրան Քէլէկեան; 1862, Kayseri – 20 oktyabr 1915, Çanqırı) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi. == Həyatı == Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır. Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir.
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Olya Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Tira Qrafström
Tira Qrafström, nikahdan əvvəlki soyadı Boklund (isv. Inga Thyra Carola Grafström; 1 noyabr 1864, Stokholm – 1925, Stokholm) — İsveç rəssamı və toxucu. == Həyatı == Tira Qrafström rəssam Yohan Boklundun ailəsində anadan olmuşdur. 1881 — 1882-ci illərdə Konstfack Texniki Məktəbində oxumuş və əlavə olaraq atası Yohandan dərslər alırdı. Tira gənc yaşlarında 1882-ci ildə Handarbetets vänner (Sənətkarların dostları) işə düzəldi və birliyin lider mövqelərinə çatdı. Tira Qrafström 1897 — 1902-ci illərdə Nordiska Kompaniet ilə əlaqəli öz toxuculuq studiyasını açdı, lakin 1922-ci ildə yenidən öz toxuculuq emalatxanasını açdı. Fəaliyyətləri sayəsində modaya, xüsusən də tikmələrin populyarlaşmasına güclü təsir göstərməyə başladı. 1907-ci ildə Qrafström Ədəbiyyat və İncəsənət medalına layiq görüldü.İsveç Milli Muzeyində Tira Qrafströmun müxtəlif çiçək naxışlı divar qobelenləri təqdim olunur, hansıları ki o, Ferdinand Boberq ilə birgə hazırlamışdır. Bundan başqa, onun öz emalatxanasında hazırladığı əsərlər digər muzeylərdə də təqdim olunub.
Miraj F-1
Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.
Otuz tiran (Afina)
Otuz tiran (və ya Otuzların hakimiyyəti) — Pelloponnes müharibəsindən sonra e.ə. 404-403-cü illərdə Afinanı idarə etmiş spartameyilli hökmdarlar qrupunun kollektiv ləqəbi. Otuz tiran, spartalı sərkərdə Lisandrın rəhbərliyi altında, Kritiy və Feramen tərəfindən hakimiyyətə gətirilmiş oliqarxik hökmdarlar idilər. Onlar çox qəddar idilər və cəmi bir illik hakimiyyət ərzində, Feramen də daxil olmaqla, 1500 afinalını cəzalandırmışdılar. Buna baxmayaraq Fibin köməyi ilə Frasibul onları tezliklə devirdi. Hakimiyyətdən məhrum olduqları müddətdən bir il sonra Otuzların əksəriyyəti öldürülmüşdü.
Tiran və Kərun şəhristanı
Tiran və Kərun şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Tiran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 64,043 nəfər və 17,802 ailədən ibarət idi.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
DiHaj
Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Başlanğıc === Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır. 2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur.
Etiraf
Etiraf (Tolstoy)
Etiraz
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi və kənd haqqında ümumi məlumat == Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Piran
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Qaraj
Qaraj (fr. Garage) — avtomobillərin, motosikllərin və başqa nəqliyyat vasitələrinin dayanacaq və təmiri üçün yer. Qarajlar həm yaşayış evinin bir hissəsi həm də ayrılıqda tikilir. Qarajlar müxtəlif materiallardan tikilir: ağac, kərpic, şlak-blok, penoblok, metal və s.
Sirab
Sirab mineral suyu
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Atırau
Atırau (qaz. Атырау, çayının delta deməkdir) — Qazaxıstanın qərbində, Xəzər dənizinin şimalında, Ural çayınin sahilində yerləşən şəhər. Qazaxıstanın neft paytaxtı. Şəhər Sovet dövründə Quryev adlandırılıb, hal-hazırda Atırau vilayətinin əyalət mərkəzidir.
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmərəş ili) — Musiqiçi. == Həyatı == Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.