yədi-hasar 2021

yədi-hasar
yəd 2021
yəhər
OBASTAN VİKİ
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Hasar (Qəzvin)
Hasar (Qəzvin) (fars. حصار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 440 nəfər yaşayır (149 ailə).
Hasar (Xoy)
Hasar (fars. حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 362 nəfər yaşayır (64 ailə).
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Yaxşı hasar
Yaxşı hasar (ivr. ‏הגדר הטובה‏‎, Ha-Qader Ha-Tova, ərəb. السياج الجيد‎, əs-Siyəc əl-Cəyid) — 1978-ci ildə Cənubi Livan münaqişəsindən sonrakı dövrdə (Livanda vətəndaş müharibəsi zamanı) İsrailin Livan ilə 80 mil (130 km) uzunluğunda olan şimal sərhədinə aid edilən termin. O zaman Livanın cənubuna Azad Livan Dövləti (1978–1984) və daha sonra Cənubi Livan təhlükəsizlik kəməri administrasiyası formasında maruni xristian milisləri və Cənubi Livan Ordusu nəzarət edirdi. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından 1970-ci ilə qədər İsrailin Livanla sərhədi sakit formada qalmışdı.Odur ki, hətta İsrailin Metula şəhərindən olan fermerlər Livanın daxilindəki Əyun vadisində torpaqlarını əkinçiliklə məşğul olurdular. 1970-ci ildə baş tutan Qara sentyabrda İordaniyadan qovulduqdan sonra FAT Livanın cənubuna nəzarəti ələ keçirməyə və regionda hökm sürən əmin-amanlığı pozmağa başlamışdı. "Yaxşı hasar"ın başlanğıcı 1976-cı ildə Livanda vətəndaş müharibəsinin başlaması və İsrailin Livanın cənubunda üstünlük təşkil edən maruni milislərinə Fələstin Azadlıq Təşkilatı ilə döyüşdə dəstəyi ilə üst-üstə düşür. 1977-ci ildən İsrail marunilərə və onların müttəfiqlərinə İsraildə iş tapmağa icazə vermiş, məhsullarının İsrailin liman şəhəri Hayfa vasitəsilə ixracına kömək etmişdir. Məhsulların və işçilərin keçdiyi əsas sərhəd keçidi Metula yaxınlığındakı Fatimə darvazası idi. Bu, Azad Livan Dövlətinin və sonrakı Cənubi Livan təhlükəsizlik kəməri administrasiyasına əsas iqtisadi sabitliyi təmin etmişdir.

Значение слова в других словарях