Zange

die; -, -n 1. kəlbətin; ambır; 2. (Feuerzange) maşa
Zander
Zank
OBASTAN VİKİ
Aphanopleura zangelanica
Aphanopleura zangelanica (lat. Aphanopleura zangelanica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin aphanopleura cinsinə aid bitki növü. Azərbaycanın Zəngilan rayonu ərazisində bitir.
Tanacetum zangezuricum
Tanacetum zangezuricum (lat. Tanacetum zangezuricum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Pyrethrum komarovii Sosn.
Crataegus × zangezura
Zəngəzur yemişanı (lat. Crataegus × zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını əhatə edir. Endemik bitkidir. Gorus çay yamacından təsvir edilmişdir (Gorus şəhərinin yaxınlığında). Hündürlüyü 1,5 m-dək olan koldur. Budaqları tünd boz, zoğları nazik, tünd qonur, çılpaq və ya bir az tükcüklüdür. İynələri azsaylı, qoltuq zoğları yarpaqsiz, qısa, uzunluğu 7-10 mm, təxminən tünd bozdur. Yarpaqların üstü tünd yaşıl, alt tərəfi bir az açıq və çılpaqdır. Meyvə verən zoğlarda alt yarpaqları uzunsov-əks yumurtavari, ensiz ayalı, 3 bölümlü, yarpaqların uzunluğu və eni 3,5 sm-dək, kəsiyində enli-yumurtavaridir.
Campanula zangezura
Zəngəzur zəngçiçəyi (lat. Campanula zangezura) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU C2a (i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik bitkidir. Gövdələr 20-40 sm hündürlükdədir. Altyarpaqlar uzun saplaqlı, dərin ürəkvari, 5 künclü, ortaya qədər dərin kəsilmiş rombvari, uzunsov-üçkünc və ya uzunsov seqmentli, üst yarpaqlar tədricən azalan və oturaqdır. Çiçəklər nazik saplaqların üzərindədirlər, əyilən, iri, diametri 3 sm, bənövşəyi-göyümtül rəngdədir. Kasacıq sərt tükcüklü, əyilmiş lansetvari-xətvari dişciklidir. tac xaricindən çılpaq, içəridən zəif kirpiklidir.
Rosa zangezura
Zəngəzur itburnusu (lat. Rosa zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Ermənistanın Gorus və Meqri rayonlarında (Xosrov qoruğu) rast gəlinir. Naxçıvan MR-ın dağlarında, Daşkəsən və Cəbrayıl rayonlarının aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşə kənarları və kol cəngəlliyində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. NT. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlı-qayalı quru yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 80-120 sm-ə qədər olan qırmızımtıl qаbıqlı kollardır. Qopartikanı bir formadadır, düz və ya möhkəm, qaidə hissəsi enliləşmiş, çox vaxt ikiləşəndir. Yarpaqları 7-8 ədəd tərs yumurtavarı və ya ellipsşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur.
Scilla zangezura
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Astragalus zangelanus
Astragalus rostratus (lat. Astragalus rostratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Məlumat azlığı" – DD. Qafqazın endemik növüdür. Kiçik Qafqazın cənub sahəsi (Yuxarı Qarabağ, Zəngilan rayonu – Pirçevan kəndinin ətrafında). 16 sm-dək hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqcıqlar 7-11 cüt, sivriləşmiş, 13 mm-dək uzunluqda, 1-1,5 mm enində, üst hissədə zəif, aşağı hissədə isə sıx sıxışdırılmış boz-tükcüklüdür. Salxım çiçək qrupu boş, 6-12 çiçəklidir. Kasacıq sıxışdırılmış ağımtıl və qara tükcüklü; dişlər bizvari; 2-3 dəfə borucuqdan qısadır. Paxlalar düz, silindrik, 4,5-6 sm uzunluğunda, nazik, 10 mm-dək uzunluqda buruncuqludur. Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir.
Symphyandra zangezura
Zəngəzur zəngçiçəyi (lat. Campanula zangezura) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU C2a (i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik bitkidir. Gövdələr 20-40 sm hündürlükdədir. Altyarpaqlar uzun saplaqlı, dərin ürəkvari, 5 künclü, ortaya qədər dərin kəsilmiş rombvari, uzunsov-üçkünc və ya uzunsov seqmentli, üst yarpaqlar tədricən azalan və oturaqdır. Çiçəklər nazik saplaqların üzərindədirlər, əyilən, iri, diametri 3 sm, bənövşəyi-göyümtül rəngdədir. Kasacıq sərt tükcüklü, əyilmiş lansetvari-xətvari dişciklidir. tac xaricindən çılpaq, içəridən zəif kirpiklidir.