Zaviyə məscidi
Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi.
Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.