Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləqata
Ləqata (ərəb. لقاطة‎, fr. Leghata) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 42 metr yüksəklikdə, 49,7 km2 ərazidə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 69 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 23 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13,692 nəfər idi.
Səqala
Səqala — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Səqala bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,036 nəfər və 1,225 ailədən ibarət idi.
Tipaza
Tipaza (Şenuva-bərbər. Bazar, ⴱⴰⵣⴰⵔ, ərəb. تيپازة‎ ) — Əlcəzairdə bərbərdilli şəhər və Tipaza əyalətinin paytaxtı. Roma imperiyasının tərkibində olanda Tipasa adlanırdı. Müasir şəhər 1857-ci ildə qurulmuş və qədim xarabalıqları və qumlu sahili ilə diqqətəlayiqdir. Qədim Roma tərəfindən fəth edilən Tipasa karfagenlilərə məxsus köhnə ticarət məntəqəsi idi. Şəhər daha sonra imperator Klavdi tərəfindən Mavritaniya krallıqlarının fəth edilməsi üçün hərbi koloniyaya çevrildi. Şəhər, Roma qubernatorluğunun son əsrlərində, üç basilika ilə vacib bir xristian mərkəzi olaraq xidmət etdi. Eramızın 430-cu ildə Tipasa Vandallar tərəfindən dağıdıldı, lakin bir əsr sonra Bizans tərəfindən yenidən quruldu. Yeddinci əsrin sonlarında şəhər Əməvilərin qüvvələri tərəfindən dağıdıldı və xarabalığa çevrildi.
Təqaüd
Təqaüd (ərəb. تقاعد ‎ — oturaq), qanun təyin etmiş qocalıq yaşına çatan insanlara, əlillərə, tələbələrə və bir sıra ehtiyacı olan insanlara, müntəzəm surətdə verilən pul yardımı. Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
Təqva
Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır. Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".
Adlı təqaüd
Tipaza vilayəti
Tipaza vilayəti (ərəb. تيبازة‎) — Əlcəzairin 48 vilayətindən biri. Özündə 10 rayonu birləşdirən Tipaza vilayətinin ərazisi 1 605 Km2-dır. Tipaza vilayətinin ərazisi 1 605 Km2-dır. Tipaza vilayətinə 10 rayon daxilidir. Vilayətin paytaxtı Tipaza şəhəridir. 2008-ci ilə olan məlumatlara əsasən Tipaza vilayətinin əhalisi 592 010 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Tereza
Tereza — qadın adı. Tereza Ana — katolik rahibə, Nobel Sülh Mükafatı laureatı. Tereza Franssinetti — İtaliyanı təmsil edən su poloçusu. Tereza Pellati — İtaliya aktrisasıdır. Tereza Rassell — ABŞ aktrisası və modeli.
Samir Əliyev (Tiqana)
Samir Əliyev - Tiqana
Temza
Temza (ing. Thames, lat. Tamesis) — İngiltərənin cənubundan başlayan çay. Temza çayı London şəhərinin mərkəzindən keçərək, Şimal dənizinə tökülür. Uzunluğu 346 km və hövzəsinin sahəsi 13000 km²-dir. Londonun mərkəzində yerləşən Tauer körpüsü Temza çayının üzərində inşa olunmuşdur. Temza çayının adının etimologiyası haqqında müxtəlif fikirlər vardır. Əsas fikrə görə "Temza" sözü kelt dilində olan Tamesa sözünündən keçmişdir və tərcüməsi "qaranlıq" deməkdir.
Lizyölü Tereza
Lizyölü Tereza, anadan olub Marie Françoise-Thérèse Martin (d. 2 yanvar 1873, Alanson, Fransa — 30 sentyabr 1897, Lizyö, Fransa) — Fransız Diskalted Karmelit rahibəsi və mistiki. 1925-ci il mayın 17-də Papa XI. Pius tərəfindən müqəddəsləşdirildi. 1997-ci ildə Papa II İohan Pavel tərəfindən Kilsə Doktoru elan edilmişdir. Fransisk Xavier ilə birlikdə o, katolik missionerlərin himayədarıdır. Xatirə günü 3 oktyabrdadır. == Həyatı == Tereza dini həyata erkən çağırış aldı və müxtəlif maneələri dəf etdikdən sonra, 1888-ci ildə Normandiya bölgəsindəki bir kommuna olan Lizyödə rahibə olmaq üçün 15 yaşında Karmelit ordeninə qoşuldu. Monastırda sadə və adi bir həyat sürdü. İncillə yanaşı, o, Tomas Kempisin Məsihə Oxşamaq kitabını daim oxudu və bu kitab ona kamilliyə gedən yolda kömək etdi.
Mariya Tereza
Mariya Tereza (13 may 1717[…], Hofburq sarayı[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası – 29 noyabr 1780[…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası[…]) — 1740-cı ildən, 1780-ci ilə qədər Habsburqlar sülaləsi mülklərini və 1745-ci ildən Müqəddəs Roma İmperiyasını idarə edən şəxsdir. Avstriyalı Mariya Tereza (1816–1867) və İspaniyalı Mariya Tereza (1845–1927) ilə qarışdırılmamalıdır. 1740-cı ildən ölümünnə qədər Macarıstan və Bohemiya kralıçası, Avstriya Hersoqinyası idi. Bundan əlavə həyat yoldaşı I Fransisk Müqəddəs Roma İmperatoru seçiləndən sonra Müqəddəs Roma İmperatriçası oldu. Öz dövrünün ən güclü qadınlarından biri olmuş, Müqəddəs Roma İmperatoru II İosifin və Fransız Burjua İnqilabında edam edilən Fransız kraliçası Mariya Antuanettanın anasıdır. Mariya Tereza maliyyə və təhsil islahatları etmiş, ticarət və kənd təsərrüfatı onun dövründə özünün "qızıl əsrini" yaşamışdır. Prussiya ilə mübarizə davam etdirilir, Yeddiillik müharibə və Bavariya İrsi uğrunda müharibədə ölkəsini idarə etmişdir. Əri I Fransiskin ölümündən sonra oğlu II İosif 1765-ci ildə imperator oldu. Mariya Tereza oğlunun bir çox hərəkətlərini tənqid edirdi, lakin Polşanın birinci bölünməsini təqdir etmişdi (1722). XVIII əsr Avropa güc balansında açar rolunu oynayırdı.
Mazama temama
Mazama temama (lat. Mazama temama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Meqara məktəbi
Meqara məktəbi (yun. Μεγαρική σχολή) — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Onları daha çox metafizika, məntiq və ərdəm (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) kimi məsələlər maraqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli olduqlarına görə “eristiklər” və ya “dialektiklər” də adlandırmışdırlar. Evklides Stilpon Evbulides Diodorus Kronus Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 110-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Neqara məscidi
Neqara məscidi — Kuala-Lumpurda yerləşən Malayziyanın milli məscidi. Məscidin tutumu 15000 nəfərdir və 53,000 m² sahəni əhatə edən bağların arasında yerləşir. Orijinal struktur İctimai İşlər Nazirliyindən üç nəfərdən ibarət komanda tərəfindən hazırlanıb: Böyük Britaniyalı Hovard Eşli, Malayziyalı Hişam Albakri və Baharuddin Kassim. Məscid 1965-ci ildə keçmiş kilsənin yerində inşa edilib. Məscid hal-hazırda islam ölkəsi olan Malayziyanın mühüm rəmzi sayılır. Məscidin layihələndirilməsi prosesi Hindistan, Pakistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyada yerləşən məscidlərdən ilhamlanaraq təxminən üç il vaxt aparıb. Məscidin əsas xüsusiyyətləri qatlanmış çətirə oxaşayan 73 metr hündürlüyündə minarənin və açılmış çətirə oxşayan 16 itiuclu ulduz formalı beton günbəzlərin olmasıdır. Əsas ibadət zalında günbəzin unikal dizaynı nəhəng açılmış çətir altında dayanan təəssüratını yaradır. Dam örtüyünün tam ortasında İstanbuldakı Sultan Əhməd camisindən ilhamlanaraq alüminium üzərinə Quran ayələri həkk olunur. Malayziya 31 Avqust 1957 Britaniya hökumətindən öz dövlət müstəqilliyini əldə etdi.
Quercus texana
Quercus texana (lat. Quercus texana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvia texana
Salvia texana (lat. Salvia texana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Tereza Ana
Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu; 26 avqust 1910[…], Üskub, Kosovo vilayəti, Osmanlı imperiyası – 5 sentyabr 1997[…], Kəlkətə) — katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-nin ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib. Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub. Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı. 17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı.
Tereza Franssinetti
Tereza Franssinetti (24 dekabr 1985, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Tereza Knorr
Tereza Cimmi Fransina Knorr (ing. Theresa Jimmie Francine Knorr; 14 mart 1946, Sakramento) — amerika cinayətkarıdır, öz iki uşağına ölümünə qədər əzab vermişdir. 11 oktyabr 1993-cü ildə həbs edilmişdir və ömürlük həbsə məhkum edilmişdir. Tereza Knorr 14 mart 1946-cı ildə Sakramento şəhərində doğulmuşdur, Cimin və Svanni Qay Krosların ailəsində kiçik uşaq idi. Cim pendir istehsalçısı işləyirdi, Svanni — qələm istehsalçısı. 3 fevral 1961-ci ildə, nə vaxt ki, Terezanın 15 yaşı var idi, onun anası ürək tutmasından öldü, nəyə görə Tereza uzun müddətli depressiyaya düşdü. Nəticədə o iddia edirdi ki, uşaqlıqda ögey ana tərəfindən zorakılığa məruz qalırdı. Ailənin dostları tərəfindən göstərilən informasiyaya əsasən Tereza öz bacısı Rozmariyə paxıllıq edən bağlı uşaq idi. 29 sentyabr 1962-ci ildə Kliffard Klayd Sandersa ərə getdi. 16 iyul 1963-cü ildə onların oğlu Hovard Klayd doğuldu.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Yeltsin Texada
Yeltsin İqnasio Texeda Valverde (isp. Yeltsin Ignacio Tejeda Valverde ; 17 mart 1992[…]) — Kosta-Rika futbolçusu, "Erediano" klubu və Kosta-Rika milli komandasında çıxış edən yarımmüdafiəçi. Rusiyanın ilk prezidenti Boris Yeltsinin şərəfinə adlandırılmışdır.
Daubentonia texana
Sesbania drummondii (lat. Sesbania drummondii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sesbaniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Daubentonia drummondii Rydb.
Amfidamant (Tegeya)
Amfidamant (q.yun. Ἀμφιδάμας) — qədim yunan mifologiyasında personaj. O, Nemeya kralı Likurqun və Kleofilin, ya da Avronimin oğludur.
Sektor Qaza(qrup)
Sektor Qaza (rus.; Сектор Газа) — 1987-ci ildə Voronej şəhərində yaradılmış, SSRİ və Rusiyanı təmsil edən rok qrupu. Qrupun yaradıcısı Yura Hoy ləqəbiylə tanınan Yuri Klinskidir. Qrup 2000-ci ilə kimi fəaliyyət göstərib. 9 iyun 1988-ci ildə Voronej şəhərinin rok zalında qrupun ilk konserti baş tutub. Sektor Qaza qrupu 5 dekabr 1987-ci ildə Voronejdə, "Yuri Hoy" ləqəbi ilə tanınan Yuri Klinski tərəfindən qurulub. Yuri Hoyun qrupu yaratdığı rok zalı, Voronejdə zavodların yaxınlığında yerləşdiyi üçun zalın ətrafı tüstu və duman ilə əhatəli olurmuş. Bu cür ətraf mühit, Yuri Klinskiyə tez tez partlayışların olduğu İsrailin Qəzzə zolağını xatırladır. Buna görədə yeni yaradılan qrupa Sektor Qaza adı verilir. Sektor Qazanın qrup şəklində ilk çıxışı 9 iyun 1988-ci ildə yerli rok klubunda baş tutur, lakin qrupun rəsmi qurulduğu tarix Yuri Klinskinin ilk solo konsert verdiyi 5 dekabr 1987-ci il tarixindən hesablanır. 1990-cı ildə qrupun ilk studiya albomları olan Zloveşie Mertvetsı (rus: Зловещие Мертвецы) və Yadryona Voş (rus: Ядрёна Вошь) albomları çıxır.
Sektor Qaza (qrup)
Sektor Qaza (rus.; Сектор Газа) — 1987-ci ildə Voronej şəhərində yaradılmış, SSRİ və Rusiyanı təmsil edən rok qrupu. Qrupun yaradıcısı Yura Hoy ləqəbiylə tanınan Yuri Klinskidir. Qrup 2000-ci ilə kimi fəaliyyət göstərib. 9 iyun 1988-ci ildə Voronej şəhərinin rok zalında qrupun ilk konserti baş tutub. Sektor Qaza qrupu 5 dekabr 1987-ci ildə Voronejdə, "Yuri Hoy" ləqəbi ilə tanınan Yuri Klinski tərəfindən qurulub. Yuri Hoyun qrupu yaratdığı rok zalı, Voronejdə zavodların yaxınlığında yerləşdiyi üçun zalın ətrafı tüstu və duman ilə əhatəli olurmuş. Bu cür ətraf mühit, Yuri Klinskiyə tez tez partlayışların olduğu İsrailin Qəzzə zolağını xatırladır. Buna görədə yeni yaradılan qrupa Sektor Qaza adı verilir. Sektor Qazanın qrup şəklində ilk çıxışı 9 iyun 1988-ci ildə yerli rok klubunda baş tutur, lakin qrupun rəsmi qurulduğu tarix Yuri Klinskinin ilk solo konsert verdiyi 5 dekabr 1987-ci il tarixindən hesablanır. 1990-cı ildə qrupun ilk studiya albomları olan Zloveşie Mertvetsı (rus: Зловещие Мертвецы) və Yadryona Voş (rus: Ядрёна Вошь) albomları çıxır.