zebuçu 2021

zebuçu
zebu
zebuçuluq 2021
OBASTAN VİKİ
Azərbaycanda zebuçuluq
Azərbaycanda zebuçuluq — Azərbaycan Respublikası ərazisində zebu cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəl 2000-2500-ci illərdə rast gəlmək olur. Fransız arxeoloqu Jan Demorqanın 1883-cü ildə Lənkəran ərazisində aşkar etdiyi nadir tapıntı üzərində zebu təsviri olan möhür bu fikri təsdiq edir. Azərbaycandakı zebuçuluq təsərrüfatlarında saxlanılan əsas zebu cinsləri Azərbaycan zebusu və Kuba zebusudur. XX əsrin sonlarında isə Kuba və Azərbaycan zebusundan istifadə edilərək Tər-Tər, Gəncə, Göygöl, Samux, Goranboy rayonların fermer və dövlət təsərrüfatlarında ətlik və ətlik-südlük hibrid – Salyan qrupları yaradılmışdır. Azərbaycan zebusu qaramal yarımnövlərindən birinin – "Bos tarurus"un xüsusi formasıdır. Cidovunda piyli və əzələli hürgücü vardır. Rəngi qara, sarı, narıncı qırmızı, boz rənglərin ağ rənglə qarışığından ibarət olub, çilli və xallıdır. XX əsrin 70-80-ci illərində Kuba Respublikasından Azərbaycan SSR-yə gətirilmiş zebu cinsli heyvanlar Lerikdə bəslənilib və bu istiqamətdə rayonun ixtisaslaşmış "Sosialist Kubası" sovxozu bütün keçmiş SSRİ-də məşhur olmuşdur.