Zeitgeist

der; -(e)s zamanın nəbzi (hökmü)
Zeitfrage
zeitgemäß
OBASTAN VİKİ
Zeitgeist Hərəkatı
Zeitgeist hərəkatı (ing. Zeitgeist Movement) — cəmiyyətin və mövcud iqtisadi sistemin resurs paylaşdırılması və envayromentalizmi əsas alan qeyri-monetar sistemə dəyişdirilməsinin vacibliyini müdafiə edən qeyri-kommersiya təşkilatı. 2008-ci ildə Piter Josef tərəfindən ABŞ-də yaradılıb. 2007-ci ildə təşkilatın qurucusu Piter Josef aşağı Manhettendə özünün hazırladığı və maliyyələşdirdiyi Zeytgeyst olaraq adlandırdığı altı gecəlik canlı performans təqdim edib. 2012-ci ildə verdiyi bir müsahibədə bu performans əsasında hazırladığı Zeytgeyst filmlərinin ilk seriyası olan "Zeitgeist: The Movie" filminin sosial medyada milyon dəfələrlə izlənib böyük maraq döğurmasına çox təəccübləndiyini qeyd edib. Seriyanin ikinci filmi olan "Zeitgeist: Addendum" filminin 2008-ci ildə yayımlanmasından qısa müddət sonra Josef Zeytgeyst hərəkatını yaradır. İdeyanın əsasları cəmiyyət mühəndisi Jak Fresko tərəfindən yaradılmış ictimai model olan Venera layihəsindən qaynaqlanır. Venera layihəsində maşınlar bütün insan biliklərinə sahib super-beyin olan "Yer kürəsini əhatə edən avtonom qavrayıcı sistem" adlı süni zəka vasitəsilə sənaye və hökuməti idarə edir və resursları qoruyur. İlk illərində hərəkat özünü Venera layihəsinin aktivist qolu olaraq tanıdırdı. 2011-ci ilin aprel ayında iki qrupun əməkdaşlığı aşkar güc mübarizəsi zəminində sona çatır.