Zimmilər
Zimmilər (ərəb. ذمي, ümumi halda أهل الذمة, translit. əhl əl-zimma; mənası – danışıq insanları) — ərəb ordusunda könüllü xidmət edən xristianlar.
Ərəblər Azərbaycanda və Arranda möhkəmlənəndən sonra, öz hərbi səfərlərində yerli əhalidən, istər məvalilərdən, istər zimmilərdən döyüşçü kimi yararlanmağa başladılar, ancaq məvaliləri piyada qoşuna götürürdülər..
Bu hərbi səfərlərdə zimmilərgörkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə döyüş vahidləri kimi əməliyatda iştirak edirdilər. Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında. vuruşurdular və dövlətin hesabına dolanmırdılar. Onlar yalnız qənimətin bölüşdürülməsində iştirak edirdilər.
Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyan, ya da düşmənin başlıca zərbəsini öz üzərinə götürürdülər. Zimmi qoşunlarından istifadə barədə məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərindən tapmaq olar..