ZİMMİLƏR

İslam dövlətində yaşayan və İslam qanunu ilə qorunan digər dinlərin mənsublarıdırlar. Zimmilər öz dinlərində qala bilərdilər və İslamı qəbul etməyə məcbur edilmirdilər. Bunun qarşılığında onlar cizyə adlanan vergini ödəməli idilər. İlahiyyatçıların bir çoxu zimmilər kimi əhlikitabdan olan xristian və yəhudiləri hesab edirlər (Quran 9: 29). Bəzi İslam alimləri zərdüştiləri də Əhli-Kitab hesab etmişdirlər. Bir çox tanınmış müsəlman ilahiyyatçıları hesab edirlər ki, bütpərəst ərəblər zimmi ola bilməz və onlardan cizyə alınmamalıdır. Onlara görə Ərəbistan yarımadasının ərəblər yalnız İslamı qəbul etməli idilər. Buna dair Quranın 48: 16 ayəsini dəlil kimi gətirirlər. Daha bir qrup ilahiyyatçılar hesab edirlər ki, bütpərəstlər və əhli-kitabın əksəriyyəti hansı dinə tapındığından asılı olmayaraq zimmidirlər. İslam dinini tərk edən mürtədlər zimmi ola bilməzlər. İslam dövləti tərəfindən qorunmaq üçün zimmilər onun başçısı ilə anlaşmalı idilər. Bu anlaşma daimi olmalı, müddət çərçivəsi qoyulmamalı idi. Müsəlmanlar zimmilərlə bağlanmış anlaşmanı pozmamalı idilər. Yalnız savaşda düşmən tərəfinə keçmiş, cizyə verməkdən imtina etmiş və ya müsəlman olmuş zimmilərlə anlaşma pozulurdu. Zimmilər Məkkə və Mədinə şəhərlərindən başqa İslam dövlətinin hər yerində yaşaya bilərdilər. Onlar müsəlmanlarla düşmənçilik edən ölkələrlə işbirliyi qura bilməzdilər. Onlar gündəlik həyatlarında İslamın yasaq etdiyi spirtli içkiləri və ya donuz ətini müsəlmanların gözü qarşısında yeyib və içə bilməzdirlər. Dini ayinlərini də yalnız öz aralarında icra edə bilərdilər. Zimmilər İslamı, Məhəmməd peyğəmbəri açıq-açığına inkar və ya tənqid edə, eyni zamanda dini təbliğatla məşğul ola bilməzdirlər. Müsəlmanlar isə zimmilərə sədəqə verə, ağır günlərində onlara yardım edə bilərdilər. Hətta, müsəlman kişiləri “Əhli-Kitabdan” olan qadınlarla evlənə də bilərlər.
ZİKR
ZİNA
OBASTAN VİKİ
Zimmilər
Zimmilər (ərəb. ذمي‎, ümumi halda أهل الذمة‎, translit. əhl əl-zimma; mənası – danışıq insanları) — ərəb ordusunda könüllü xidmət edən xristianlar. Ərəblər Azərbaycanda və Arranda möhkəmlənəndən sonra, öz hərbi səfərlərində yerli əhalidən, istər məvalilərdən, istər zimmilərdən döyüşçü kimi yararlanmağa başladılar, ancaq məvaliləri piyada qoşuna götürürdülər.. Bu hərbi səfərlərdə zimmilərgörkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə döyüş vahidləri kimi əməliyatda iştirak edirdilər. Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında. vuruşurdular və dövlətin hesabına dolanmırdılar. Onlar yalnız qənimətin bölüşdürülməsində iştirak edirdilər. Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyan, ya da düşmənin başlıca zərbəsini öz üzərinə götürürdülər. Zimmi qoşunlarından istifadə barədə məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərindən tapmaq olar..