zod
zodlama
OBASTAN VİKİ
Zodiak
Zodiak — Günəşin illik zahiri hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsi olan ekliptikanın təxminən 8° Şimal və ya Cənub hissəsini əhatə edən sahə. Ayın və vizual müşahidə olunan planetlərin trayektoriyası da zodiak qurşağındadır.Qərb astrologiyasında və qədim astronomiyada zodiak hərəsi 30° coğrafi uzunluğu əhatə etməklə qabaca bürclərə uyğunlaşdırılan 12 işarəyə (hissəyə) ayrılmışdı: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça, Balıqlar.12 astoloji işarə qalaktik koordinat sistemi və ya daha spesifikolaraq ekliptikanın qalaktik enliyinin əsası və Günəşin ekinoksdakı qalaktik uzunluğunun əsası olaraq mövqeləndirilməsinə şərait yaradan elliptik koordinat sistemi əmələ gətirir. == Adlandırılması == Zodiak Yunanca "heyvan dairəsi" deməkdir. Zodiak bürclərinin yarıdan çoxunun adı heyvan adlarıdır. Zodiak adı da məhz bununla bağlıdır. == Tətbiqi == Zodiak Roma erasında, Xaldey dövrünün(b.e.ə. I minilliyin əvvəllərində) Babil astronomiyasından miras qalan anlayışlara əsasən Helenistik astronomiyada ekliptika boyunca yerləşən ulduzların əvvəldən məlum olan siyahılarından istifadə olunaraq qeyd olunmuşdur . Zodiakın qurulması Ptolemeyin II yüzillikdən qalma ən böyük əsərlərindən biri olan Almagestdə təsvir edilmişdir.
Zodiak bürcləri
Zodiak bürclərinin siyahısı — 12 bürc
Zodiak (seriyalı qatil)
Zodiak (ing. Zodiac Killer) — 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının şimal bölgəsində (ing. North California; azərb. Şimali Kaliforniya‎) fəaliyyət göstərmiş seriyalı qatil. Zodiak Amerika cinayətkarlıq tarixinin ən məşhur qatillərindən biri hesab olunur. Onun məşhurlaşmasının səbəblərindən biri bu günə qədərdə kimliyinin müəyyənləşdirilə bilməməsi və mətbuata göndərdiyi şifrəli-zəhərli məktublar olmuşdur. Zodiak tərəfindən törədildiyinə inanılan ilk cinayət hadisəsi 1968-ci ilin dekabr ayında baş vermişdir. Ümumən Kaliforniya ştatının Benikia, Vallexo və San-Fransisko şəhərlərində cinayətlər baş vermişdir. 1968-ci ilin dekabr ayından 1969-cu ilin oktyabr ayına qədər davam edən silsilə cinayətlər zamanı 16-29 yaş arası dörd kişi və üç qadın hədəf alınmışdır. Qatil Zodiak adını cinayətlətləri törətdiyi zaman San-Fransisko körfəz sahəsinin qəzetlərinə göndərdiyi şifrəli məktublar əsnasında əldə etmişdir.
Zodiak bürclərinin siyahısı
Zodiak bürclərinin siyahısı — 12 bürc

Значение слова в других словарях