Zodiak
Zodiak — Günəşin illik zahiri hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsi olan ekliptikanın təxminən 8° Şimal və ya Cənub hissəsini əhatə edən sahə. Ayın və vizual müşahidə olunan planetlərin trayektoriyası da zodiak qurşağındadır.
Qərb astrologiyasında və qədim astronomiyada zodiak hərəsi 30° coğrafi uzunluğu əhatə etməklə qabaca bürclərə uyğunlaşdırılan 12 işarəyə (hissəyə) ayrılmışdı: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça, Balıqlar.
12 astoloji işarə qalaktik koordinat sistemi və ya daha spesifikolaraq ekliptikanın qalaktik enliyinin əsası və Günəşin ekinoksdakı qalaktik uzunluğunun əsası olaraq mövqeləndirilməsinə şərait yaradan elliptik koordinat sistemi əmələ gətirir.
Zodiak Yunanca "heyvan dairəsi" deməkdir. Zodiak bürclərinin yarıdan çoxunun adı heyvan adlarıdır. Zodiak adı da məhz bununla bağlıdır.
Zodiak Roma erasında, Xaldey dövrünün(b.e.ə. I minilliyin əvvəllərində) Babil astronomiyasından miras qalan anlayışlara əsasən Helenistik astronomiyada ekliptika boyunca yerləşən ulduzların əvvəldən məlum olan siyahılarından istifadə olunaraq qeyd olunmuşdur . Zodiakın qurulması Ptolemeyin II yüzillikdən qalma ən böyük əsərlərindən biri olan Almagestdə təsvir edilmişdir.