ZURNA-BALABAN

сущ. собир. разг. музыка
ZURNA
ZURNA-BALABANLA
OBASTAN VİKİ
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (63 ailə).
Balaban (dəqiqləşdirmə)
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir Balaban (film, 1987) — qısametrajlı sənədli film. Balaban (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Balaban (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Balaban bəy
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Şimali Makedoniyalı atıcı. Nina Balaban Şimali Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Balaban (tayfa)
Balaban və ya Balabanlı — Türkiyənin Mərmərə, Egey, Mərkəzi Anadolu və Şərqi Anadolu bölgələrində yaşayan tayfası. Onların Əfşar boyundan olduğu da iddia edilir. Onlar XVI əvvəllərindən bəri Osmanlı daxilində ələvi tayfası kimi tanınırlar. Balaban tayfası Xorasan mənşəlidir. == Etimologiyası == "Balaban" farsmənşəli sözdür.
Balaban (film, 1987)
Balaban qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır. == Məzmun == Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır. Ağır fəlakət nəticəsində bütün ailəni-iki körpəsini və həyat yoldaşını itirmiş Əlicavadın dərdindən də böyük dərd ola bilərmi? Film bu insanın zəngin mənəvi dünyasından, möhkəm iradəsindən, mehrini balabana, sehirli musiqi alətinə saldığından, təsəllini milli muğamlarda tapdığından, beləliklə yenidən həyata, öz peşəsinə qayıtmasından bəhs edir. == Mükafat == 1987-ci ildə film Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamis Muradov Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Sultan Qiyasəddin Balaban
Sultan Qiyasəddin Balaban (1201 – 13 yanvar 1287, Dehli) —Dehli sultanı. Sultan Raziyyə və əri öldürüldü. Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq, mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi. Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi. 1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə, Hindistan Türk dövlətində yenə türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu. Balaban qüdrətli bir hökmdar idi. Monqol axınlarının qarşısını aldı. Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi.
Sultan Qıyasəddin Balaban
Sultan Qiyasəddin Balaban (1201 – 13 yanvar 1287, Dehli) —Dehli sultanı. Sultan Raziyyə və əri öldürüldü. Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq, mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi. Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi. 1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə, Hindistan Türk dövlətində yenə türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu. Balaban qüdrətli bir hökmdar idi. Monqol axınlarının qarşısını aldı. Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi.
Əli Kərimov (balaban ustadı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.

Значение слова в других словарях