ZƏRDABLI
ZƏRDƏPƏR
OBASTAN VİKİ
Zərdə (Tarım)
Zərdə (az-əbcəd. زرده‎, fars. زرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 96 nəfər yaşayır (31 ailə).
Zərdə Kəmər (Bicar)
Zərdə Kəmər (fars. زرده كمر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 219 nəfər yaşayır (52 ailə). Əhalisini kürdlər təşkil edir.
Yuxarı Zərdəkan (Sərdəşt)
Yuxarı Zərdəkan (fars. زرده كاني عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Zərdəbərə
Zərdəbərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 673 nəfərdir. Yerli əhali kəndin adını Zərdəbə kimi tələffüz edir. Oykonim zərd (talış, “san”) 'və bərd (keçid, aşırım) sözlərindən ibarət olub, “san keçid” mənasındadır. Həmin yerin torpağı sarı rəngdə olduğu üçün belə adlandırılmışdır.
Zərdəmalik (Miyanə)
Zərdəmalik (fars. زرده ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (30 ailə).
Zərdəpər
Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir. Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su anbarlarında təsadüf edilir.
Zərdərəçay
Zərdərəçay — Şərur rayonu ərazisində çay. Arpaçayın sağ qolu. Uzunluğu 6 km, hövzəsinin sahəsi 6 kv. km-dir.

Значение слова в других словарях