ÜMMET
ÜN
OBASTAN VİKİ
Ümmi İsa
Ümmi İsa — Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri olan, türk dilli ədəbiyyatda ilk "Mehri və Vəfa" hekayəsinin müəllifi. Bir sıra tədqiqatçıların fikrincə Ümmi İsa Azərbaycan türkcəsində yazmış ilk şairdir. == Həyatı == Təzkirələrdə adına və doğum tarixinə rastlanmayan şairin yaşadığı dönəm haqqında ədəbiyyatşünaslıqda fikirlər müxtəlifdir. Şairin adının İsa olduğunu biz yalnız öz əsərindən öyrənirik: Ümma, İsa, necə bir bu qeyli-qal, Dilə haqdan kim, qılasan ittisal. Təəssüf ki, başqa heç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf edilmir. Ona görə də onun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla belə, professor Yaqub Babayevə görə əsərin pоetik linqvistikası, dil xüsusiyyətləri, leksik məziyyətləri və üslubi sistemi bütünlüklə XIII–XIV yüzilliklərdəki ana dilli epik sənət nümunələrini xatırladır. Babayev "Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII–XIV əsrlər)" adlı kitabında yazır: XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, felin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. Doğrudur, bu xüsusiyyətə sonrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sonrakı əsrlər üçün deyilən əlamət xeyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çox normativ xarakter alır, öz daimi yerini tutmağa meyllənir.
Mehri və Vəfa (Ümmi İsa)
Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir. == Tədqiqi == İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır.
Ümmiyə Koçak
Ümmiyə Koçak-(1 mart 1957) Türk aktrisa, yazıçı, əkinçi və rejissor. == Həyatı == 1 mart 1957-ci ildə Adana-nın Çelemli kəndində anadan olan Ümmiye Koçak, oxumaq istəməsinə baxmayaraq ailədə 10 uşaq olduqları üçün ibtidai sinifdən sonra məktəbə göndərilmədi. İbtidai məktəbi bitirdikdən sonra Ümmiye Koçak oxuduğu kitablarla özünü yaxşılaşdırdı. İlk oxuduğu kitab Maksim Gorkinin "Ana" adlı əsəri oldu. Evləndikdən sonra Mersinin Arslanköy şəhərinə köçən Koçak, 2001-ci ildə kənd qadınlarının yaşadıqlarını dünyaya göstərmək üçün "Arslanköy Qadın Teatr Qrupu" nu qurdu. Ansamblın səhnəyə qoyduğu ilk oyun Remzi Özçelikin "Taş Bademleri" pyesi oldu. Daha sonra qrup öz hekayələrindən ibarət bir tamaşa düzəldərək "Qadın sədası" tamaşasını səhnəyə çıxardı. Ümmiye Koçak 2006-cı ildə Sabancı Beynəlxalq Adana Teatr Festivalında "Həsrət Çiçəklər" pyesi ilə çıxış etdi. Koçak daha sonra tarlalarda işləyərək qazandığı pula qənaət edərək qadınlara qarşı zorakılıq problemindən bəhs edən "Yün Körpəsi" filmini yazdı və rejissorluq etdi. Ümmiye Koçak 49-cu Antalya Qızıl Portağal Film Festivalında premyerası olan "Yün Körpəsi" filmi ilə New York Avrasiya Film Festivalında "Sinemada Ən Yaxşı Avrasiyalı Qadın Sənətçi" mükafatını qazandı.2017-ci ildə Kristiano Ronaldo-nun oynadığı Türk Telekom reklamının rejissorluğunu etdi.

Значение слова в других словарях