ÇAXIRLI

см. şərab lı; прил.
1. наполненный вином, с вином
2. имеющий вино
3. из-под вина. Çaxırlı butulka бутылка из-под вина
ÇAXIRÇILIQ
ÇAXIRSATAN
OBASTAN VİKİ
Çaxırlı
Çaxırlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Çaxırlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Çaxırlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Çaxırlı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Çaxırlı (Göyçə) — Göyçə mahalı Basarkeçər rayonunda kənd.
Çaxırlı (Cəbrayıl)
Çaxırlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çaxırlı oyk., sada. Cəbrayıl r-nunun Mehdili i.ə.v.-də kənd. Arazboyu düzənlikdədir; Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; İmişli r-nunun Məzrəli i.ə.v.-də kənd. Mil düzündədir; Masallı r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Oykonim qədim bulqar tayfa birliyinə daxil olan çakarlçakır tayfasının adını daşıyır.
Çaxırlı (Göyçay)
Çaxırlı kəndi - Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Şilyan çayının sağ sahilində, rayonoun Ucarla həmsərhəd ərazisində, Şirvan düzündə yerləşən kənd. Əhalisinin sayı 3259 (2009) nəfərdir. Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, və bağçılıqla məşğul olur. A.Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli (çakar, çakır, caxır, çaxırlı) tayfasının adı ilə əlaqədardır. Çəkərlilər eramızın əvvəllərində Şimalı Qafqazda yaşamış türkdlli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır. Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cagirlu adlı tayfadan gəlir. Bu müəllifin fikrincə onlar uzaq keçmişdə kürd əsilli olub türkləşmiş tayfadır, lakin bunun üçün ciddi bir tarixi fakt ortaya qoymur. Şahsevən tayfalarından fərqli olaraq Cagirlu tayfası Muğan ərazisində ta 15-ci əsrdən yaşayıblar orada, Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub.
Çaxırlı (Göyçə)
Çaxırlı — Göyçə mahalında kənd.
Çaxırlı (Masallı)
Çaxırlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 2014 nəfərdir. Çaxırlı rayonun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Masallıdan başqa respublikamızın İmişli, Göyçay, Cəbrayıl rayonlarında, Qərbi Azərbaycanda (indiki Ermənistan)Çaxırlı yaylası, Çaxırlı ovalığı və Çaxırlı kəndi (Göyçə gölünün ətrafında) vardır. İran islam respublikasının bizimlə sərhədə yaxın yerində Çaxırlı kəndi, Türkiyə respublikasının Svas vilayətində Çakırlı köyü vardır. Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı “Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII-XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxırlı, və sair şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür.
Çaxırlı (İmişli)
Çaxırlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Mil düzündədir.
Çaxırlı bələdiyyəsi
Çaxırlı bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Çaxırlı bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Çaxırlı bələdiyyəsi (Göyçay)
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях