ÇAYLAQ

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yayda quruyan daşlı çay yatağı. чайлаг chaylag
ÇAYIN YATIMI
ÇEVRİLMİŞ ASİMMETRİYA
OBASTAN VİKİ
Çaylaqqala
Çaylaqqala (əvvəlki adı: Xtsabert) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndi Çaylaqqala kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çaylaqqala kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrdə burada ermənilərin məskunlaşması ilə əlaqədar kəndin adı Xtsabert (erm. "çay daşından qala") adlandırılmışdı. 1992-ci ildən kəndin adı özünə qaytarılmışdır. Oykonim çaylaq (çay yatağı) və qala (tikili) sözlərindən düzəlib, "çay yatağı yaxınlığında qala" deməkdir. Çaylaqqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Çaylaqçay
Çaylaqçay – Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 m, hovzəsinin sahəsi 190 km²–dir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır. Azərbaycan çayları Çaylar,Göllər,Bulaqlar...

Значение слова в других словарях