çaynik
Çeçen Respublikası
OBASTAN VİKİ
Çeboksarı
Çeboksarı (rus. Чебоксары, Çuvaş dilində: Шупашкар) — Çuvaşıstan Muxtar Respublikasının paytaxtı. Volqa çayı sahilində yerləşir. Əhalisi 453 721 nəfərdir. == Tarixi == Çeboksarı şəhəri haqqında ilk yazılı qaynaqlar 1469-cu ildə rast gəlinir. Bu tarix Rus Çarlığının Kazan Xanlığına qarşı hücumların başladığı vaxtlardır. Bəzi mənbələrdə Çeboksarının tarixi XIII əsrdə İdil Bulqarlarının Suvar şəhərinin bu ərazidə yerləşdiyi qeyd edilməkdədir. 1555-ci ildə Rus ordusunun yerləşdiyi qala olaraq salının kənd daha sonralar XVII əsrdə böyük ticarət şəhərinə çevrilmişdir. 1781-ci ildə Kazana bağlı olaraq şəhər statusu aldı. 1920-ci ildə Çuvaş Muxtar Vilayətinin, 1925-ci ildə Çuvaş Muxtar Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur.
Nizami Gəncəvinin heykəli (Çeboksarı)
Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 2004-cü il fevralın 24-də Çeboksarı şəhərinin cənub qəsəbəsində ucaldılmış heykəli. Abidənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev iştirak etmişdir. Açılış mərasimində, həmçinin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.Abidənin müəllifi, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.