Çinkveçento
Çinkveçento (it. cinquecento - beş yüz, eləcə də beş yüzüncü ill) - XVI əsrin İtalyan adlandırılması. İncəsənət və mədəniyyət tarixçiləri tərəfindən İtalyan İntibah incəsənətinin inkişafının müəyyən bir dövrünə istinad etmək üçün istifadə olunur. Xronoloji olaraq "yüksək intibah" və "son intibah" dövrlərinə bölünür.
Yüksək intibah dövrü deyəndə şərti olaraq XVI əsrin əvvəlində Romada görkəmli heykəltaraş, memar və rəssamların yaradıcılığını nəzərdə tuturlar. Bu dövr Roma Papası II Yuli della Rovere (1503-1513) mesenatlıq fəaliyyəti və papa X Levin (1513-1521) bu mesenatlığı davam etdirməsi ilə əlaqəlidir. Bu dövr faciəvi tarixlərlə bitir: 6 aprel 1520-ci ildə Rafael vəfat edir, 6 may 1527-ci ildə Roma V Karlın qoşunları tərəfindən talan edilir.
Üslub baxımından yüksək intibah dövrü Roma klassisizmi dövrü adlanır. Bu illər ərzində Romada, Vatikanın səyləri sayəsində ən görkəmli sənətkarlar çalışır və öz aralarında rəqabət aparırdılar: Rafael Santi (1508-1520-ci illərdə), Leonardo da Vinçi (1513-1515-ci illərdə) və Mikelancelo (1534-cü ildən).
1499-cu ildə Donato Bramante Romaya gəldi.