ÇÖKÜNTÜTOPLANMA

təbii şəraitdə asılı və həll olmuş şəkildə hərəkətdə olan materialların hərəkətsiz hala keçməsi yolu ilə çöküntülərin əmələ gəlmə prosesi. Okeanların, dənizlərin, göllərin və çayların dibində, eləcə də qurunun səthində baş verir. осадконакопление sedimentation
ÇÖKÜNTÜLƏRİN YENİDƏN YUYULMASI VƏ ÇÖKDÜRÜLMƏSİ
ÇÖKÜNTÜTOPLANMA ZONASI
OBASTAN VİKİ
Çöküntütoplanma
Çöküntütoplanma Çöküntütoplanmanın dövrili­yi kəsilişlərdə eyniadlı və ya yaxın petroqrafik süxur tiplərinin dəfələrlə təkrarıdır. Dövriliyin tipləri və səbəbləri müxtəlifdir. Bunlardan biri sedimentasiyanın mövsümi dəyişkənliyidir, yəni ilin müxtəlif fəsillərində müxtəlif petroqrafik çöküntü tiplərinin çökməsidir. Belə döv­riliyin klassik nümunəsi buzlaqönü göllərin lentvari gilləridir; yay vaxtı buzlağın intensiv əriməsi fonunda daha qaba, payız-qış fəsillərində isə daha incə çöküntülər toplanır. Mövsümi təbəqəlilik humid zonaların şirinsulu göllərində çox tez-tez yaranır və kəsilişdə nazik (mm hissələri və ya bir neçə mm) gah gil və sapropel, yaxud gil və alevrit təbəqələri növbələşir. Mövsümi mikrotəbəqəlilik bəzən dəniz çöküntülərində də müşahidə edilir (müasir Qara dənizin dərinsu və qismən Xəzər dənizinin çöküntüləri). Lakin mövsümi təbəqəlilik, xüsusilə arid tipli, həm dəniz və həm də göl hövzələri (halogenez mərhələsi) üçün səciyyəvidir. Sulfat mərhələsində gilli-karbonatlı təbəqələr karbonatlı-gip­slilərlə növbələşir, belə ki, birincilərin qalınlığı mm hissələri qədər, ikincilərininki isə 1–2 mm olur (Krımda Sak və b. göllər). Halit pilləsində az qalınlıqlı karbonatlı-sulfat təbəqəcikləri (3-5 sm) halit təbəqəcikləri ilə növbələşir (Xəzəryanı çökəkliyin gölləri).
Çöküntütoplanmada fasilələr