çökürtmək 2021
çöküşmə
OBASTAN VİKİ
Böyük çöküş
Böyük Çöküş (ing. Big Crunch) — nəzəriyyəsi Big Bangdən (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: “Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik”. Big Crunch kimi ifadə edilən bu elmi fərziyyəyə Quranda belə işarə edilir: O gün göyü yazılı səhifələrin büküldüyü kimi yenə əvvəlki halına qaytaracağıq.
1929-cu il birja çöküşü
1929-cu ilin birja çöküşü — 24 oktyabr 1929-cu il Qara Cümə axşamı günü başlayan və Qara Cümə (25 oktyabr), Qara Bazar ertəsi (28 oktyabr) və Qara Çərşənbə axşamı (oktyabr) günlərində fəlakətli nisbətdə olan ABŞ səhmlərinin qiymətlərində kütləvi enişidir. Wall Street Crash kimi tanınan bu birja çökməsi Böyük Depressiyanın başlanğıcı idi. == Tarixi == Çöküşdən əvvəl 1920-ci illərin ortalarında spekulyativ bum baş verdi, bu zaman çoxlu sayda adi amerikalı şirkətlərin iqtisadi göstəricilərinə deyil, səhm qiymətlərinin yüksəlməsinə əsaslanaraq səhmlər aldı. Artan tələb qiymətləri şişirdi, bu da səhmlərdə spekulyasiya etməklə varlanmaq istəyən daha çox sakini cəlb etdi. Bu, iqtisadi köpüyün yaranmasına səbəb oldu. Eyni zamanda, bir çox amerikalılar əvvəllər alınmış qiymətli kağızların təminatı qarşılığında banklardan lazımi vəsaiti borc alaraq kreditlə səhmlər alırdılar. 1929-cu il sentyabrın 3-dən başlayaraq 381,17 pik həddinə çatan Dow Jones sənaye orta indeksi düşməyə başladı. Cümə axşamı, 24 oktyabr 1929-cu il, indeks artıq sentyabr ayı ilə müqayisədə təxminən 20% itirdi və 305,85 ətrafında idi. Birjanın açılışından əvvəl də çaxnaşma yaranmışdı, çünki artıq əvvəlki gün indeks 4,6% aşağı düşüb. Açılışla panika daha da gücləndi.
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.
Qaranlıq günəş xeyrin çöküşü
== Haqqında == Roman, fantastik janrın ən çox bəyənilən və uğur qazanan “Fantastik Qurğu” altjanrında yazılmışdır. Bu janrın Azərbaycanda ilk olmağına baxmayaraq dünyada bir çox unudulmaz nümunələrə sahibdir. “Üzüklərin Hökmdarı”, “Harri Potter” və “Narniya Salnamələri” kimi məşhur əsərlər yüzlərlə nümunədən, sadəcə, bir neçəsidi. Təlim mərkəzlərindən birinə edilən sirli hücumun ardından iki ən yaxşı döyüşçü tədqiqata başlayır. Burda keçmiş düşmənlərinin əlinin olduğunu düşünərək bir müddət onlara verilən təlimat əsasında hərəkət etsələr də, hər şey heç də göründüyü kimi deyilmiş. Düşmən üçün qurulan tələ, elə düşmənə aid planın bir hissəsi imiş. Hər səhifəsindən zövq alacağınız roman, sizi təxəyyülünüzün sərhədlərini aşmağa məcbur edəcək. Heç vaxt var olmamış dünyanın fərqli həyat qanunlarını və düşüncə tərzini göstərəcək. Ən vacibi isə, bu kitabda siz xeyirlə şər arasındakı incə bənzərliyin şahidi olacaqsınız. “Qaranlıq Günəş” Azərbaycanda bu janrda yazılmış ilk və yeganə əsər olmaqla birlikdə detektiv janrının da bəzi çalarlarını özündə cəmləyən bir romandır.