Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krak
Krak — futbol topu Fərqli görünüşə və dizayna malik olan bu top ilk dəfə 1962-ci ildə Çili - İsveçrə oyununda sınaqdan keçirilib. Ancaq onun bir qədər sərtliyi FİFA-nı yenidən dəyişiklik etmək məcburiyyətində qoydu.
Kral
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa II Elizabet, Böyük Britaniya kraliçası. II Marqrete, Danimarka kraliçası. Karl XVI Qustav, İsveçrə kralı.
Kran
Kran (qurğu)
Dan (kral)
Dan və ya Halfdan (dan. Halvdan) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Onun adı orta əsrlərdə yazılmış Skandinaviya ədəbiyyat nümunələrində verilir. == Adı == Dan adının mənası naməlum olsa da, Halfdan adının mənası Azərbaycan dilində "yarı dan" deməkdir və qədim skandinav dilindən törəyib. Buna baxmayaraq, filoloqlar Dan adının Danimarkanın coğrafi adından daha qədim olduğunu düşünürlər. Kral Danın adı barədə VI əsrdə məşhurlaşmış bir xalq mahnısı mövcuddur. VII əsrdə Danimarka əhalisinə danlar olaraq müraciət edilməyə başlanmışdır.
KrAZ-255B
KrAZ-255B — (rusca: КрАЗ-255Б)
Krab adası
Krab (rus. Oстров Краб) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. Düzgün olmayan, ümumilikdə götürdükdə isə dairəvi formalı, diametri 300 m olan, ümumi silueti yengəcə bənzəyən ada. Öz adınıda buradan almışdır. Nisbətən iri olan Urup adasının cənub-qərb sahilində, Şukin körfəzinin çıxacağında, Kama mənsəbinin qarşı tərəfində yerləşir. Uarxipelaq, rif və qayalar uzanır. İki ada arasında olan boğaz uzanan qayalar sayəsində çəkilmə zamanı 1,5 kmdən 0,4 km-ə qədər azalır. Arxipelaqı adətən duman bürüyür. Bu səbəbdən naviqasiya üçün böyük təhlükə törədir. == Tarixi == 1945-ci ildən SSRİ-nin tərkibinə daxil olur.
Kral-Kristian
Kral-Kristian (ing. King Cristian Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları və Sverdrup adaları qruplarına daxildir. Hal-hazırda adada həyat əlaməti yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelezaveta adalarının qərbində yerləşir, 13,5 km cənub-qərbdə Ellef-Rinqnes adası qərar tutur ki, Datç boğazı vastəsi ilə ayrılır. Baterst adasını adadan Mak-Klin boğazı ayırır. Sahəsi 645 km², sahil xətdinin uzunluğu 116 km təşkil edir. Adanın uzunluğu 40 km, maksimal eni — 26 kilometrdir. Adanın səthi düzənliklərdən ibarət olaraq hündürlüyü 40–110 metr təşkil edir. Ən hündür nöqtəsi 165 metrdir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə Otto Sverdrup tərfindən kəşf edilir və adlandırılır.
Kral-Vilyam
Kral-Vilyam (ing. King William Island, Eskimos dili ᕿᑭᖅᑕᖅ Kikerktak) — Kanada Arktik arxipelaqına aid ada. == Coğrafiyası == Kanadanın şimalında materik hissəsinə yaxın yerləşir. Sahəsi 13 111 km², sahil xətdinin uzunluğu 1289 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 61-ci, Kanadada isə 15-ci yeri tutur. Maksimal ölçüsü 155–120 kilometrdir. Adeleyd yarımadasından şimalda yarləşir və onu Simpson boğazı (3,5 km) ayırır. Şimal, Şimal-şərdə Buthia yarımadası yerləşir və Rey və Ceyms-Ross boğazları ayırır. Qərbdə Viktoriya (ada)sından onu Viktoriya (boğaz) ayırır. Cənub qərbində onun sahillərini Kuin Mod körfəzi yuyur.
Kral-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kral Artur
Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu—VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae"(en), "Historia Brittonum"(en) və britaniyalı keşiş Qildanın(en) yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin"(en) kimi erkən dövr bədii mənbələrdə çəkilir. == İstinadlar == == Ədəbiyyat == Higham, N. J. (2002), King Arthur, Myth-Making and History, London: Routledge, ISBN 978-0-415-21305-9. Charles-Edwards, Thomas M. (1991), "The Arthur of History", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 15–32, ISBN 978-0-7083-1107-3. Sims-Williams, Patrick (1991), "The Early Welsh Arthurian Poems", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 33–71, ISBN 978-0-7083-1107-3. Neubecker, Ottfried (1998–2002), Wappenkunde (in German), Munich: Orbis Verlag, p.
Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
Kral Demusin
Kral Demusin (d. 4 – ö. 44) - Goguryeo krallığının üçüncü kralıdır. 18-44-cü illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Ondan sonra hakimiyyətə qardaşı Kral Minjunq keçmişdir.
Kral Dongmyeong
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Kral Dongmyeonq
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Kral Minjunq
Kral Minjunq (d. ? – ö. 48) - Goguryeo krallığının dördüncü kralıdır. 44-48-ci illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Hakimiyyəti qardaşı Kral Demusindən təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Demusinin oğlu Mobon keçmişdir.
Kral pinqvini
Kral pinqvini (lat. Aptenodytes patagonicus Miller,JF, 1778) — uçmaq bacarığı olmayan pinqvinlər fəsiləsinə aid quş növü. == Ümumi xüsiyyətlər == Kral pinqvini imperator pinqvininə bənzəyir. Ancaq ölçü baxımındam ondan kiçik və parlaq rənglərə sahibdir. Bədənin uzunluğu 91 sm — 1 metr arasında dəyişir. İri fərdlər boz rəngli belə sahibdirlər. Balalar qonur rəngə sahil olurlar. Böyür nahiyəsi ağdır. == Yayılması == Kral pinqvinləri Odlu Toppaq, Cənubi Georgiya, Cənubi Sandviç adaları, Prins-Eduard, Kroze, Kergelen, Herd, Makkuori adalarında yayılmışdır. Kral pinqvinlərinin dünyada sayı 1 milyon başdır.
Kral susüpürəni
Kral Çadae
Kral Çadae (71 – 165) — Goguryeo krallığının yeddinci kralıdır. 146–165-ci illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Taejodaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə ögey qardaşı Kral Sindae keçmişdir.
Kral Şakir
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Kran (En)
Kran (fr. Crans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01129. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 36 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 27 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 269 nəfər təşkil edirdi. == İqtisadiyyatı == qabiliyyətli insanlar arasında 119 nəfər iqtisadi cəhətdən fəal, 56 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 68.0, 1999-cu ildə 76.4%) idi. 119 aktiv sakindən 115 nəfər işləyir (62 kişi və 53 qadın), 4 nəfər işsizdir (2 kişi və 2 qadın).
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı.Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur. Hərkətli kranlar özləri bir yerdən başqasına gedə bilirlər.
Kraq dağı
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Kras (İzer)
Kras (fr. Cras) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38137. Kommunanın 2012-ci il üçün əhalisi 461 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 773 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 24 km şimal-qərbdə yerləşir.
Krav-maqa
Krav-maqa (ivr. קרב מגע: "yaxın döyüş") — İsrail hərbiçiləri tərəfindən inkişaf etdirilən və hal-hazırda istifadə edilən döyüş sənətlərindən biridir. Krav-maqa İsrail Silahlı Qüvvələri tərəfindən müəyyən dəyişikliklər edilərək istifadə edilir. Döyüş sənətindən müəyyən öldürmə texnikaları çıxarılaraq İsrail hərbiçiləri tərəfindən özünümüdafiə məqsədi ilə istifadə edilir. == Etimalogiyası == Təmas mənası verən maga (מגע) ifadəsi ilə "döyüş" mənasını verən krav (קרב) ifadəsindən ibarətdir. Digər dillərə əsasən yaxın döyüş olaraq tərcümə edilir.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.