ÇÖPŞƏKİLLİ

прил. палочковидный
ÇÖPRƏ
ÇÖPÜK
OBASTAN VİKİ
Çöpşəkillilər
Çöpşəkillilər (lat. Phasmoptera) — buğumayaqlılar tipinin açıqçənəlilər yarımfəsiləsinə aid olan dəstə. == Xarici quruluşu == Bu dəstənin nümayəndələri nisbətən iri, xeyli uzanmış, nazik, çöpşəkilli və ya enli yarpaqşəkilli bədənləri ilə səciyyələnir. Son formalar zahirən bitki yarpaqlarına bənzəyir, Görünür, bu, müdafiə məqsədi güdən bioloji əhəmiyyət daşıyır. Bütövlükdə çöpcüklərin qəribə formaları vardır ki, bu da onların mimikriya – ətraf muhitə uyğunlaşma qabiliyyətinin çox gözəl olduğuna dəlalət edir. Onların bədənində qoruyucu rənglər – yaşıl, qonur və boz üstünlük təşkil edir ki, bunlar da yaşadıqları bitki növlərinin rəngi ilə həmahəngdir. Başı – proqnatik, gözləri xırda, dəyirmidir. Erkəkdə ya 2-3 gözcük olur, ya da ümumiyyətlə olmur. Bığcıqları müxtəlif uzunluqda, çoxbuğumlu (8-dən 10-dək), sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici, zəif inkişaf etmişdir.
Çöpşəkillilər dəstəsi