çərxi-kəcmədar 2021
çərikləmək 2021
OBASTAN VİKİ
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Çərikabad (Urmiya)
Çərikabad (fars. چريك اباد‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.174 nəfər yaşayır (213 ailə).
Çərikli (Zəncan)
Çərikli (fars. چريكلو‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Xudabəndə şəhristanının Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 51 km qərbdədir. 2006-cı il məlumatına görə kənddə 85 nəfər. yaşayır (21 ailə).

Значение слова в других словарях