öyrənə-öyrənə
öyrənilmək
OBASTAN VİKİ
Avstraliyanın öyrənilmə tarixi
Avstraliya sahillərinin öyrənilmə tarixi
Avstraliya sahillərinin öyrənilmə tarixi
Avstraliyanın öyrənilmə tarixi — Avstraliya qitəsinin sahilləri boyunca hərəkət edən Avropa səyyahlarını apardığı tədqiqatlar və etdiyi kəşflər. == Tarixi == Avstraliya haqqında Avropaya ilk məlumatı XVI əsrdə Portuqaliya dəniz səyyahları gətirmişdilər. Hollandiyalı Villem Yanszon 1606-cı ildə Keyp-York yarımadasının qərb sahilinin şimal hissəsini tədqiq etmişdir. XVII əsrdə Avstraliya sahillərindəki ən böyük kəşfləri, əsasən, Hollandiya dənizçiləri etdiklərindən, materiki Yeni Hollandiya adlandırdıılar. 1618–1622-ci illərdə hollandiyalı dəniz səyyahları Avstraliyanın qərb sahillərinin böyük bir hissəsini kəşf etdilər. 1623-cü ildə Yan Karstens və Villem van Kolstert, 1627-ci ildə Fransua Teysen və Piter Neyts Avstraliyanın sahillərini tədqiq etmişdir. 1642–1643-cü illərdə Abel Tasman Van-Dimen Torpağını (Tasmaniya) və Yeni Zelandiyanı kəşf, 1644-cü ildə isə şimal və şimal-qərb sahillərdə xeyli ərazini tədqiq etmişdir. 1699-cu ildə ingilis dəniz qulduru Uilyam Dampir Avstraliyanın şimal-qərb sahilində bir sıra körfəz və buxtanı kəşf etmişdir. 177-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk özünün ilk dünya səyahəti zamanı Avstraliyanın şərq sahillərini kəşf etmiş və Torres boğazı ilə Mərcan dənizindən Arafur dənizinə keçmişdir. 1798-ci ildə ingilis Corc Bass, sonralar onun şərəfinə adlandırılmış boğazı kəşf etmişdir.
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi — Avstraliyanın daxili hissəsinin avropalı müstəmləkəçilərə açılması. Bu, 1788–1900-cü illəri əhatə edən bir dövrdə baş vermişdir. == Tarixi == 1813–1817-ci illərdəki ekspedisiyalar nəticəsində Böyük Suayırıcı silsiləsinə keçilmiş, ondan qərbdəki düzənliklər kəşf olunmuşdur. İngilis səyyahları Çarlz Stört (1829–1830), Tomas Mitçell (1835–1836), Corc Qrey (1837–1839) Avstraliya çay sistemlərini və s. tədqiq etmişdir. 1840-cı ildə Polşa səyyahı Pol Edmund Stşeletski Avstraliya Alp dağlarını keçmiş və Avstraliyanın ən yüksək zirvəsi olan Kostyuşko dağını kəşf etmişdir. Avstraliyanın mərkəzi səhra rayonlarında Stört (1844–1846), Oqastes Qreqori (1855–1856 və 1858) və başqaları tədqiqat aparmışdır. 1860-cı ildə ingilis Robert Berk, ilk dəfə olaraq, Avstraliya materikini Adelaidadan Karpentariya körfəzinədək keçmişdir. 1862-ci ildə Con Stüart Mərkəzi Avstraliyada tədqiqat aparmışdır. Qərbi Avstraliyanın daxili səhra rayonlarını Con Forrest (1869, 1870, 1874), Ernest Cayls (1872–1873, 1875–1876), Piter Uorberton (1873), D. Lindsey (1801), L. Uels (1896), Devid Karnegi (1896) tədqiq etmişlər.
"Kosmosun öyrənilməsində xidmətlərinə görə" medalı
"Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı — Rusiya Federasiyasının dövlət mükafatı. == Mükafatın tarixi == Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib. Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.
Hadisənin öyrənilməsi metodu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989)
Yerin kosmosdan öyrənilməsi
Yerin kosmosdan öyrənilməsi (rus. изучениe Земли из космоса, ing. Earth`s study from the space) — yerin süni peyklərində yerləşdirilmiş avtomatik kosmik cihazlar vasitəsilə alınan geoloji və geofiziki məlumatların işlənilməsi və bu məlumatlardan Yerin inkişaf və quruluşunda əsas qanunauyğunluğu müəyyən etməkdə, eyni zamanda faydalı qazıntıların axtarışında, qlobal və regional geoloji strukturaların öyrənilməsində, geoloji xəritələşdirmədə, müasir fiziki-geoloji proseslərin öyrənilməsində və digər məqsədlər üçün istifadə edilməsi. Yerin kosmosdan öyrənilməsində həmçinin kosmik şəkillərin /fotoqrafik və televiziya/ geoloji və geomorfoloji deşifrə edilməsindən də istifadə olunur.
"Kosmosun öyrənilməsindəki xidmətlərinə görə" medalı
"Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı — Rusiya Federasiyasının dövlət mükafatı. == Mükafatın tarixi == Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib. Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.

Значение слова в других словарях