ülgüc-frez

ülgüc-frez
ülgüc-bülöv
ülgücləmə
OBASTAN VİKİ
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Ülgüc
Ülgüc (Ağsu)
Frez aləti
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin aşağıdakı növləri vardır: silindrik, yan səthli, disk paz və kəsici, barmaq, işgil, T-formalı, bucaq, fasonlu, sonsuzvint. Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Kəsici tillərin optimal həndəsi parametrləri üçün təscrübələr əsasında aşağıdakı qiymətlər müəyyən edilmişdir: qabaq bucaq γ=(-10)÷30°; baş dal bucaq α=10÷30°; köməkçi dal bucaqα1 = 4÷10°; baş plan bucağı φ=30÷90°; köməkçi plan bucağı φ1= 1÷10°; keçid kəsici tilin uzunluğu l = 1÷2 mm; əsas kəsən tillin meyilliyi λ=(—5)÷15°; vint qanovlarının meyillik bucağı ω=10÷45°. Frez alətinin kəsici tilinin materialı onun tətbiq sahəsindən asılı olaraq müəyyən edilir. Kəsici tillər ya bütöv, ya da lövhə şəklində hazırlanıb əsas gövdəyə bərkidilir. Kəsici material kimi tezkəsən alət poladı, bərk xəlitə, kəsici keramika, polikristallik bornitrid və almazdan istifadə edilir. Onların tətbiqi bu materialların bu və ya digər frezləmə növünə (kobud, təmiz, incə, ultraincə və s.)uyğun gəlməsindən asılı olaraq seçilir. == Istinad == Rezo Əliyev.
Ülgüc (Ağsu)
Ülgüc — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində kənd.
Ülgüc (fəlsəfə)
Ülgüc — fəlsəfədə prinsipdir, hansı ki, müxtəlif fenomenlər üçün azehtimallı izahatları nəzərə almamağa ("qırxmağa") icazə verir. Ülgüclərin nümunələri: Okkam ülgücü: Bir-birinə zidd fərziyyələr toqquşanda daha az sayda fərziyyələrə əsaslananı seçmək lazımdır ki, bu onun yoxlanmasını sadələşsin. "Ehtiyac olmadan müddəaları artırmaq lazım deyil." Henlon ülgücü: "“Axmalqlığın nəticəsi kimi izah oluna bilən şeyləri bəd niyyətlə izah etməyin." Hitçens ülgücü: Sübutsuz iddia olunan məsələ, sübutsuz da rədd oluna bilər. Mayk Alder ülgücü: Əgər nəyisə eksperiment və ya müşahidə yolları ilə müəyyənləşdirmək olmursa, onda o, müzakirələrə layiq deyil. Popperin saxtalaşdırma prinsipi: Nəzəriyyə elmi hesab olunması üçün saxtalaşdırılmalıdır. Ayn Rand ülgücü: Xüsusi ehtiyac olmadan müddəalar artırılmamalıdılar və nəticə kimi müddəalar ehtiyac olmadan birləşdirməməlidilər. Saqan standartı: Fövqəladə iddialar fövqəladə sübut tələb edir.
Ülgüc bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ülgüc üzərində qaçan
Ülgücün üzəri ilə qaçan (ing. Blade Runner) — elmi fantastika janrında çəkilmiş 1982-ci il istehsalı film. Ridley Scottun 4-cü filmidir. Film Filip Dikin "Do Androids Dream of Electric Sheep?" adlı hekayəsi əsasında çəkilmişdir.
Ülgüc üzərində qaçan 2049
Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — rejissoru Deni Vilnöv olan, əsas rolları Rayan Qoslinq, Harrison Ford və Ana de Armasın canlandırdığı, 2017-ci ildə neo-noir elmi fantastika janrında çəkilmiş ABŞ filmi. 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Filmdə Rayan Qoslinqin ifa etdiyi "blade runner" olaraq çalışan K adlı obraz missiyalarından biri zamanı cəmiyyət və insanlığın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır. “Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsinə dair danışıqlar 1990-cı illərdə başlamışdır. Lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane olub. Endü Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın almışdırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Deni Vilnövə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə "Alcon Entertainment" və "Sony Pictures" tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub.